"Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında"
Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 164.1.20-ci maddəsində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2024-cü il 22 oktyabr tarixli
58-VIIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. "Azərbaycan Respublikası
Vergi Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 8 (III kitab), maddə
616 (Cild I); 2024, № 5 (I kitab),
maddə 513, № 6 (I kitab),
maddələr 653, 661, № 8, maddə
947) 1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 1.7-ci bəndə
"164.1.7-ci," sözlərindən sonra "164.1.20-ci," sözləri
əlavə edilsin;
3.2. 1.47-ci bənd ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 dekabr 2024-cü il
Azərbaycan.-2024.-
3 dekabr (№ 266).- S.2.