Bəzi
dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 50/244
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və
30-cu maddələrinə uyğun
olaraq qərara alır:
1. Murtuz İslam
oğlu Əliyev 112 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının həlledici
səs hüquqlu üzvü vəzifəsindən
vaxtından əvvəl
azad edilsin.
2. Mübariz Paşa
oğlu Cabarov 60 saylı Quba - Qusar, Vüqar Lətif oğlu Bayramov 102 saylı Şəmkir şəhər
seçki dairəsi dairə seçki komissiyasının həlledici
səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
02.12.2024
Azərbaycan.-2024.-
3 dekabr (№ 266).- S.6.