2025-ci il
yanvarın 29-na təyin
edilmiş bələdiyyə
seçkilərində Vətəndaş
Həmrəyliyi Partiyasının
səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsinin
qeydə alınması
haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 50/243
2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
Vətəndaş Həmrəyliyi
Partiyası Siyasi Şurasının 2024-cü il
28 noyabr tarixli iclasının qərarı
ilə səlahiyyətli
nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
edilmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki
Məcəlləsində (bundan
sonra - Seçki Məcəlləsi) nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1. 2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
aşağıdakı şəxslər
Vətəndaş Həmrəyliyi
Partiyasının səlahiyyətli
nümayəndələri və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndəsi kimi
qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Samir Şakir oğlu Əsədli
Yusif Mətləb
oğlu Xantemirov
Felmar Əli oğlu Ələkbərov
Nəsimi Çərkəz
oğlu Şərəfxanlı
Aysel Xanlar qızı Səfərli
Nazlı Dadaş
qızı Ağayeva
Abdulla Aydın
oğlu Abdullayev
Ramiddin Oktay oğlu Qırxlarov
Əkbər Rafiq
oğlu Şirinov
Daniel Zazayeviç Poladaşvili
Elçin Mahmudağa
oğlu Nuriyev
Valentin Vaçikoviç
Afatov
Seyhun Şakir oğlu Əsədli
Eldar Hüseynalı
oğlu Cəfərov
Lətafət Arif
qızı Həsənova
Yuriy Pavloviç
Voronin
Samirə Şakir
qızı Kərimova
Zaur Mitya oğlu Məmmədov
Elvin Kazım oğlu Həziyev
Zöhrab Vahid oğlu İsmayılov
Kənan Knyaz oğlu Həsənov
Maliyyə məsələləri
üzrə
səlahiyyətli nümayəndə
Səlahəddin Bərzani
oğlu Əsgərov.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
02.12.2024
Azərbaycan.-2024.-
3 dekabr (№ 266).- S.6.