Azərbaycan-Rusiya
İşgüzar Şurasının
iclası keçirilib
Bakıda Azərbaycan-Rusiya
İşgüzar Şurasının
növbəti iclası
keçirilib. Tədbirdə
rəsmi şəxslərlə
yanaşı, Şuranın
iqtisadiyyatın müxtəlif
sahələrində, o cümlədən
kənd təsərrüfatı,
maşınqayırma, neft-kimya,
bank sektoru, logistika və digər sahələrdə
fəaliyyət göstərən
90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın
inkişafını vurğulayıb,
iqtisadi-ticarət əlaqələrinin
şaxələndirilməsi kontekstində Azərbaycan-Rusiya
İşgüzar Şurasının
tərəfdaşlıq mexanizminin
əhəmiyyətini qeyd
edib.
Bildirilib ki, birgə investisiya layihələrinin həyata
keçirilməsi və
ikitərəfli ticarət
potensialının reallaşdırılması
istiqamətində görülən
işlər işgüzar
dairələr arasında
əlaqələri daha
da möhkəmləndirir
ki, bu da
hər iki ölkənin iqtisadi inkişafına töhfə
verir. İki ölkənin biznes dairələri tərəfindən
yaradılmış Azərbaycan-Rusiya
İşgüzar Şurasının
fəaliyyəti barədə
məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzar əlaqələrin inkişafı,
Azərbaycan biznes ictimaiyyətinin maraqlarının
dəstəklənməsi istiqamətində
görülən işlər
barədə danışıb.
İclasın gündəliyinə
uyğun olaraq, şuranın İdarə
Heyətinə seçkilər
keçirilib, Azərbaycan-Rusiya
İşgüzar Şurasının
İdarə Heyətinin
sədri “Agalarov
Development” şirkətinin təsisçisi
Emin Ağalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Nardaran Invest” MMC-nin direktoru Qəmbər
Bənənyarlı seçiliblər.
Şuranın yeni
seçilmiş İdarə
Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və
hər iki ölkənin işgüzar
dairələri üçün
tərəfdaşlıq imkanlarının
genişləndirilməsi istiqamətində
Şuranın fəaliyyətinin
əhəmiyyətini qeyd
edib.
Tədbirdə Azərbaycan
ilə Rusiya arasında iqtisadi əlaqələrin inkişafına
verdiyi töhfəyə
görə Səməd
Qurbanova Fəxri Fərman təqdim edilib.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya – Azərbaycan İşgüzar Şurası və iki ölkənin digər dövlət qurumları və müvafiq ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.
Azərbaycan.-2024.-
3 dekabr (¹ 266).- S.6.