Milli MəclisdəQərbi Azərbaycana təhlükəsiz ləyaqətli qayıdışmövzusunda ictimai dinləmə keçirilib

 

Dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı iləQərbi Azərbaycana təhlükəsiz ləyaqətli qayıdışmövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Baş Prokurorluğun, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA-nın, Auditorlar Palatasının, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, ziyalılar, hüquqşünaslar, tarixçilər, sahə mütəxəssisləri, media orqanlarının rəhbərləri, təhsil ocaqlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin təmsilçiləri ekspertlər iştirak ediblər.

Dinləməni giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov deyib ki, ötən dövrdə parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş dəfə ictimai dinləmə keçirilib. O bildirib ki, 1989-cu ildə yaradılan Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyəti, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci ildə Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilib. Bu addım, tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaradan "Qayıdış Konsepsiyası"nın hazırlanmasına zəmin yaradıb. Bütün bunlar, doğma torpaqlarına qayıdışa sarsılmaz inam yaradaraq, Qərbi Azərbaycana Qayıdış ideyasını ümummilli hədəfə çevirib onu beynəlxalq müstəviyə daşımağa nail olub. Prezident İlham Əliyevin liderliyi sayəsində İcmanın hazırladığı sənədlər qısa müddətdə beynəlxalq təşkilatlarda, o cümlədən BMT- rəsmi sənədlər kimi təqdim edilib. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması Ermənistanın müsəlman irsinə qarşı törətdiyi vandalizmin qınanması Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilib.

Əziz Ələkbərov vurğulayıb ki, Qərbi Azərbaycan İcması bölgə həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılması qaçqın soydaşlarımızın qayıdış hüququnun beynəlxalq miqyasda tanınması istiqamətində fəaliyyətini genişləndirməkdə qərarlıdır.

Diqqətə çatdırılıb ki, İcma VII çağırış Azərbaycan parlamentinin formalaşmasından dərhal sonra Milli Məclisin sədrinə müraciət edərək, parlamentdə Qərbi Azərbaycana qayıdış məsələsi üzrə qurumun yaradılması təklifini irəli sürüb. Parlamentin spikeri Sahibə Qafarovanın sərəncamı ilə 13 nəfərdən ibarət Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldığını bildirən İcma sədri, bu Qrupun Azərbaycanın ümumdövlət ümummillət maraqları, eləcə tarixi ədalətin bərpası naminə var gücü ilə çalışacağını qeyd edib.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev, İctimai birliklər dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Gənclər idman komitəsinin sədri Şahin İsmayılov, Xarici müdaxilələrə hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov, Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, İctimai birliklər dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, deputatlar Azay Quliyev, Kamal Cəfərov, Ramil Həsən, Tənzilə Rüstəmxanlı, Rizvan Nəbiyev, Aydın Mirzəzadə, Səyyad Salahlı, Qaya Məmmədov Məlahət İbrahimqızı çıxış edərək, son illər Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən dinləmələrin əhəmiyyətini qeyd ediblər, bunun ölkənin milli maraqları tarixi ədalətin bərpası baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar.

Qərbi Azərbaycan İcmasının fəaliyyətinə toxunan deputatlar bildiriblər ki, qurumun son iki ildə ciddi fundamental xarakter daşıyan sistemli işləri bu sahədə mühüm nəticələr əldə olunmasına Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq müstəvidə daha geniş şəkildə işıqlandırılmasına töhfə verib. Bu məsələnin parlament diplomatiyası vasitəsilə dünya ictimaiyyəti tərəfindən daha dərindən anlaşılması dəstəklənməsi barədə fikirlərini bölüşən deputatlar vurğulayıblar ki, bu proses Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi tarixi ədalətin bərpası baxımından çox vacibdir.

İclasda Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad HüseynovDeportasiyaya məruz qalmış Qərbi azərbaycanlılarla bağlı statistik məlumatlar”, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir BecanovBeynəlxalq praktikada qaçqınların geri qayıdışının təmini”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə HacıyevaQərbi Azərbaycanda maddi-mədəni irsimiz”, Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım MəmmədovQərbi Azərbaycanda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi AMEA-nın Tarix Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi BəhramovQərbi Azərbaycan tarixinin öyrənilməsi araşdırılmasımövzularında məruzələrlə çıxış ediblər. Tədbirdə, həmçinin Avrasiya Universitetinin professoru Firudin Cəlilov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Zahid Cəfərov çıxış edərək, soydaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin hüquqi aspektləri barədə qeyd təkliflərini irəli sürüblər.

Tədbirə yekun vuran Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov iştirakçılara təşəkkürünü bildirib, Azərbaycan xalqının tarixi yaddaşının, Vətən sevgisinin güclü olduğunu vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunacağına inamını ifadə edib.

 

Azərbaycan.-2024.- 3 dekabr (¹ 266).- S.6.