Azərbaycanın Gürcüstanın XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb

 

Dekabrın 2-də Tbilisi şəhərində Azərbaycanın Gürcüstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Qiorqi Tabatadze rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq azadlıqlarının qorunması onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.

Azərbaycanla Gürcüstan arasında ədliyyə, miqrasiya, təhsil, humanitar, sosial müdafiə digər vacib sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyi vurğulanıb.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

 

Azərbaycan.- 2024.- 3 dekabr (№ 266).- S.8.