Daha
34 ailə yurd sevinci yaşadı
Cəbrayılın
artıq 1000-ə yaxın
sakini var
Dünən Cəbrayıl
şəhəri 129 nəfərdən
(34 ailə) ibarət növbəti qayıdış
karvanını qarşılayıb.
Uzun illərin həsrətindən sonra mərhələli olaraq dədə-baba yurdlarına
qayıdan cəbrayıllıların
sayı artıq 912 nəfərə çatıb.
2024-cü ilin sonuna qədər isə Cəbrayıl şəhərinə
2158 keçmiş məcburi
köçkünün qayıtması
nəzərdə tutulub.
Bu günü həsrətlə gözləyən
cəbrayıllılar təəssüratlarını
bölüşüblər. Doğma elinə qovuşduğu üçün
sevinci çöhrəsindən
oxunan keçmiş məcburi köçkün
İntizam Nurəliyev
qürurverici tarixin şanlı səhifələrinə
şahidlik etdiklərini
deyir: "Tarixi günlər yaşayırıq.
30 illik torpaq həsrətilə yaşayan
xalq üçün bu, ən böyük
hədiyyədir. Şükürlər
olsun ki, torpaqlarımız düşmən
işğalından azad
edilib. Müzəffər
Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı
işğaldan qurtaran
rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman
əsgər və zabitlərimizə minnətdarlığımı
bildirirəm. Allah şəhidlərimizə rəhmət
etsin, qazilərimizə
şəfa versin. Yurdumuza qovuşmağımızda
ən xırda əməyi belə olan hər kəsə
təşəkkürümü bildirirəm. Sağ olsunlar, var olsunlar.
Bircə heyifsiləndiyimiz
məqam odur ki, bəzi doğmalarımız
Cəbrayılı görmək
arzusu ilə həyatdan köçdülər".
Uzun illərdən
sonra ilk dəfə doğma torpağına addım atdığını söyləyən
Cəbrayıl sakini Mahirə Niftəliyeva ən böyük arzusunun çin olduğunu söyləyir:
"Özü də
hər bir şəraitlə təmin
olunmuş evlərə
gedirik. Həmişə
baxıb həsəd aparırdım. Arzu edirdim ki, mən
də tezliklə öz yurduma qayıdım. Təəssüflənirəm
ki, bu illər
ərzində itkilərimiz
də oldu. Həyat yoldaşım həyatdan köçdü.
Ancaq şükürlər
olsun, bu gün ailəmlə - övladlarım, nəvələrimlə
yurduma qayıda bilirəm. Bundan sonra ancaq yaxşı
günlər yaşayacağımıza
inanıram. Bugünkü
günü bizə yaşadanlar var olsunlar".
Keçmiş məcburi
köçkün Pəri
Xudiyevanın sözlərinə
görə, illərdir
xəyallarında yaşatdığı
yerlərə, gəncliyinə,
xatirələrinə qovuşub:
"Allah həsrətində
olanların hamısına
belə gün nəsib etsin. Çox sevinirik. Bu işdə əməyi keçən
hər kəsə minnətdarlığımı bildirirəm. Hamıya belə xoş gün nəsib olsun, öz torpağına getsin. Bunlar əvəzolunmaz hisslərdir. Burdan çıxanda cavan idim. İndi 65 yaşım var. 42 il məktəbdə müəllim işləmişəm,
yenicə təqaüdə
çıxmışam. Bundan
sonra rayonumuzda istirahətimi davam etdirəcəm. Qalan ömürümü burada
keçirmək istəyirəm".
Müharibədən qısa müddət sonra azadlığına qovuşmuş yurd yerlərimizdə irimiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi nəticəsində Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən öz axarına qayıdır, torpaqlarından zorla didərgin salınan vətəndaşlarımız fərəh və qürurla yeni həyata başlayırlar. İndiyədək 2367 ailə - 9139 nəfər doğma ocağına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 220 ailə (823 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 237 ailə (912 nəfər) Cəbrayıl şəhərində məskunlaşıb.
2026-cı ilin sonu
- Böyük qayıdışın
birinci mərhələsi
bitənədək Qarabağ
və Şərqi Zəngəzurda 34 min 500 ailənin təhlükəsiz
məskunlaşması təmin
ediləcək. Qüdrətli
dövlətimiz tərəfindən
həyata keçirilən
məqsədyönlü və
genişmiqyaslı işlər
sayəsində keçmiş
məcburi köçkünlərin
doğma yurda qayıdışı ilə
bağlı qarşıya
qoyulan hədəflərin
uğurla gerçəkləşdiriləcəyindən
əminik.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.-
3 dekabr (№ 265).- S.10.