IV Şəki
Beynəlxalq Teatr Festivalının rəsmi
açılış mərasimi
olub
Festivallar şəhəri
kimi tanınan qədim Şəki daha bir beynəlxalq
festivala ev sahibliyi edir.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, dekabrın 1-də Şəki
Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalına start verilib.
Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının
birgə təşkilatçılığı
ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının
145 illiyinə həsr
olunub.
Dekabrın 5-dək davam
edəcək festivalda
ölkəmizin teatrları
ilə yanaşı, Qazaxıstan, Özbəkistan
və İrandan gələn tanınmış
teatr kollektivləri də iştirak edirlər. Ölkəmiz bu festivalda Azərbaycan
Dövlət Akademik Musiqili Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı
və Şəki Dövlət Dram Teatrı ilə təmsil olunur.
Festivalın təntənəli
açılış mərasimində
təşkilatçı qurumların
rəsmiləri, tanınmış
teatr və incəsənət xadimləri,
qonaqlar, həmçinin
şəkili teatrsevərlər
iştirak ediblər.
Mərasimdən əvvəl
festival iştirakçıları
Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri
düzüb, xatirəsini
ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları teatrın
foyesində Azərbaycan
teatrının keçdiyi
tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar.
Tədbirin əvvəlində
Azərbaycanın Dövlət
Himni səsləndirilib,
Şəki teatrının
fəaliyyətindən bəhs
edən film nümayiş etdirilib.
Açılış mərasimində çıxış
edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov festivalın şəhərin
mədəni həyatı
üçün çox
vacib olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın
qədim mədəniyyət
və incəsənət
mərkəzlərindən biri olan Şəki
şəhəri beynəlxalq
festivalların, tədbirlərin
keçirilməsi üçün
unikal bir məkandır. 2017-ci ildə
Şəki şəhəri
UNESCO-nun Yaradıcı
Şəhərlər Şəbəkəsinin
siyahısına, 2019-cu ildə
“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına və
İSESCO-nun İslam İrsi Siyahısına daxil edilib. Eyni
zamanda, Şəki Dünya Tarixi Şəhərlər Liqasının
da üzvüdür.
Əməkdar incəsənət
xadimi, professor, “Şəki teatrı” kitabının müəllifi
İlham Rəhimli çıxışında 145 illik tarixi olan
Şəki teatrının
keçdiyi şərəfli
yola qısa nəzər salıb, kollektivin qazandığı
uğurlardan danışıb.
Rəsmi açılış
mərasimindən sonra
Şəki Dövlət
Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara görkəmli
ingilis dramaturqu Vilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında
səhnələşdirilmiş tamaşanı təqdim edib. Premyerası olan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı
Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinovadır. Tamaşada
rolları Əməkdar
artistlər Xanlar Həşimzadə, Əbülfət
Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə,
Rəşid Mirizadə,
Pərviz İsmayılov,
Çingiz Novruzəliyev
və digərləri
ifa ediblər.
Tamaşada Orta
əsrlərdə İtaliyada
zadəgan ailələr,
əyanlar və onların başına gələn romantik hadisələrdən bəhs
edilib. Əsas mövzu dostluqdan, xəyanətdən, sevgidən
və xeyrin şər üzərində
qələbəsindən ibarətdir.
Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan.-2024.- 3 dekabr (№ 265).- S.11.