Beynəlxalq festivalda Azərbaycan məhsulları təqdim olunub

 

BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) təşkilatçılığı ilə noyabrın 30-da Vyanada “Austria Center Viennakonqres mərkəzində sayca 55-ci "Beynəlxalq Festival-Bazar" təşkil olunub.

AZƏRTAC xəbər verir ki, xeyriyyə məqsədilə təşkil olunmuş bazarda şəhər sakinlərinə müxtəlif ölkələrin ləziz xörəklərinin dadına baxmaq, milli suvenirlər almaq folklor qruplarının rəqs musiqi proqramını seyr etmək imkanı yaradılıb.

Azərbaycanın Avstriyadakı səfirliyi hər il olduğu kimi, bu il ölkəmizi tədbirdə təmsil edib. Festival-bazarda Azərbaycan üçün qurulmuş ayrıca guşədə milli suvenirlər, xalq sənəti nümunələri, eləcə məhsullar nümayiş etdirilib.

Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları milli mətbəxləri ilə çıxış edirlər. "Beynəlxalq Festival-Bazar"da dünyanın 80-dən artıq ölkəsinin milli mətbəxi, suvenir əl işləri təqdim edilir, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər banklar öz stendləri ilə təmsil olunurlar. Milli folklor qruplarının da iştirak etdiyi bazarda müxtəlif ölkələrin təqdim etdiyi hədiyyələr xeyriyyə məqsədilə lotereya oyununda uduşa çıxarılır.

BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır onun Vyana bölməsi sıralarında 100-dən artıq ölkədən beş yüzədək üzvü birləşdirir. Gildiya hər il təşkil olunan festivaldan əldə edilən vəsaitləri Avropa, Asiya, Afrika Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir. Ötən il əldə edilmiş 80 min avroyadək vəsait dünyanın 11 ölkəsində yardım layihələrinə sərf olunub.

UNWG azərbaycanlı üzvləri ilə sıx əməkdaşlıq edir. Bu ilin oktyabr ayında Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində təşkilatın üzvləri üçün Azərbaycan haqqında tanıtım tədbirinin təşkil olunması da bu əməkdaşlığın nəticəsidir.

 

Azərbaycan .-2024.- 3 dekabr (№ 265).- S.11.