Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd etdi orada müzakirə olunan məsələlərin həyata keçirilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev, ilk növbədə, beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu digər istiqamətlərdə imkanların araşdırılmasının zəruriliyini bildirdi.

Səfir, əvvəlcə Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını Azərbaycan xalqının rifahı ilə bağlı yeni uğurlar arzusunu Prezident İlham Əliyevə, həmçinin Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yəmən Prezident Şurasının sədrinə çatdırmağı xahiş etdi.

Məhəmməd Saleh Əhməd Turiq, eyni zamanda, bu günə qədər beynəlxalq təşkilatlar çərçivəsində Yəmənə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi bunu yüksək qiymətləndirdiklərini dedi.

Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğuladı ki, bu tədbir dövlətimizin başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərdi, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi oldular.

Məhəmməd Saleh Əhməd Turiq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bu yaxınlarda Qarabağa səfərini məmnunluqla xatırladı bundan şərəf duyduğunu dedi. Səfir dövlətimizin başçısının rəhbərliyi ilə orada aparılan bərpa quruculuq işlərinin böyük heyranlıq doğurduğunu vurğuladı, qısa müddətdə şəhərlərin salınmasının, yol-nəqliyyat qovşaqlarının, tunellərin ərsəyə gətirilməsinin Azərbaycan dövlətinin gücünün bir daha təzahürü olduğunu qeyd etdi.

Diplomat Yəmənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, iki qardaş ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirdi. Səfir Yəmənin iqtisadi sahədə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı bununla bağlı ölkəsinin adamlarının Azərbaycana səfərinin təşkilinin önəmini qeyd etdi.

Hələ sovet dövründə Azərbaycanda Yəməndən çoxsaylı tələbənin təhsil aldığını həmin mütəxəssislərin müxtəlif sahələrdə Yəmənin inkişafına töhfə verdiklərini deyən səfir yəmənli tələbələrin ölkəmizdə təhsil alması ənənələrinin davam etdirilməsinin vacibliyinə toxundu.

Söhbət zamanı Azərbaycanın Yəmənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olundu, iqtisadiyyat, ticarət, təhsil, səhiyyə, mədəniyyət digər sahələrdə işbirliyi imkanlarının araşdırılmasının vacibliyi bildirildi.

 

Azərbaycan.-2024.- 4 dekabr (№ 267).- S.1.