Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanın Mavritaniyanın ənənəvi olaraq dostluq şəraitində əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunun beynəlxalq təşkilatlarda, xüsusilə BMT- qarşılıqlı dəstək birgə fəaliyyətdə özünü büruzə verdiyini dedi. Prezident İlham Əliyev müxtəlif sahələrdə münasibətlərimizin möhkəmləndirilməsinin önəminə toxunaraq, siyasi əlaqələrimizin genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin təşkilinin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ilk növbədə Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaninin salamlarını ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Sid Əhməd əl-Bekaye Hamadi vurğuladı ki, Mavritaniya Prezidenti dost ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi möhkəmləndirilməsi ilə bağlı ona tapşırıqlar verib.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mavritaniya Prezidentinə çatdırmağı xahiş etdi.

Sid Əhməd əl-Bekaye Hamadi COP29-un çox uğurla keçirilməsi Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanması sürətli inkişafı münasibətilə təbriklərini çatdırdı.

Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyən səfir səhiyyə, təhsil, kənd təsərrüfatı, balıqçılıq mədənçilik sahələrindəki geniş imkanları qeyd etdi. O, həmçinin Mavritaniyadan olan tələbələr üçün Azərbaycanda təhsil təqaüdlərinin verilməsi imkanlarına baxılmasını xahiş etdi.

Görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələrin potensialının araşdırılması üçün müvafiq işçi qruplarının yaradılması səfərlərin təşkil edilməsi məsələsi qeyd olundu.

Söhbət zamanı elm təhsil sahələrində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2024.- 4 dekabr (№ 267).- S.1.