Bunun məsuliyyətini
Ermənistanı silahlandıraraq
müharibə avantürasına
sürükləyən Qərb
havadarları daşıyacaq
"Ermənistanı silahlandıranlar bilməlidirlər
ki, bütün gələcək hadisələrə
birbaşa onlar cavabdehlik daşıyacaqlar
və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına
dəyişiklik edilməlidir,
Minsk qrupu da ləğv olunmalıdır".
Bu il sentyabrın 23-də yeddinci
çağırış Milli Məclisin ilk iclası zamanı Azərbaycanın
dəyişilməz şərtlərini
qətiyyətlə bəyan
edən Prezident İlham Əliyevin vurğuladığı kimi,
İrəvanın geniş
şəkildə silahlanmasını
həyata keçirən,
revanşizmi təşviq
edən başda Fransa olmaqla Qərb dövlətləri
Ermənistanı məhvə
sürükləyirlər.
Çirkin ssenari
Azərbaycan tərəfi
sülhlə bağlı
qərarlı mövqe
nümayiş etdirir və bu yöndə
əməli addımlar
atır. Məhz Bakının ardıcıl təşəbbüsləri
sayəsində Ermənistan
ilə Azərbaycan arasında münasibətlərin
normallaşması istiqamətində
müəyyən irəliləyişlər
əldə olunub. İki ölkə arasında sərhədlərin
delimitasiya və demarkasiyası işinə
start verilməsi, Qazaxın dörd kəndinin azad edilməsi, eyni zamanda cari ilin
ilk aylarından etibarən bir neçə dəfə Bakı və İrəvan rəsmilərinin
ikitərəfli dialoqlar
aparması tezliklə
sülh müqaviləsinin
bağlanacağına dair
fikirlər formalaşdırmışdı.
Lakin regionda hadisələrin bu məcrada inkişafı nə Cənubi Qafqaza göz dikən qərəzli Qərb təsisatlarını,
nə də Azərbaycana qarşı ərazi iddiası güdən Ermənistanı
qane edir.
Buna görə
də İrəvan özünün xilas yolu olan sülh
müqaviləsini imzalamaqdan
yayınır. Qarabağ
Azərbaycandır həqiqətini
dildə söyləyən
hiyləgər Paşinyan
reallıqda buna qol qoymaq istəmir.
Qərb havadarlarına
sığınan, Makron
kimi riyakarlara güvənən Paşinyan
bununla, əslində,
erməni xalqını
təhlükə qarşısında
qoyur. Qərb ssenaristlərinin cızdığı
planla hərəkət
edərək, həm də ümumilikdə bölgəni müharibə
meydanına çevirməyə
çalışır.
Hətta ötən
müddətdə İrəvanın
çalışdığı o olub ki, sülh
sazişini imzalasa belə gələcəkdə
Azərbaycana qarşı
ərazi iddiası sürmək üçün
özünə əlyeri
qoysun. Bunun üçün Qarabağı
könüllü tərk
edən erməni sakinlərdən sui-istifadədən
tutmuş Konstitusiyasına
dəyişiklik etməməyə,
çoxdan ölü
quruma çevrilmiş
ATƏT-in Minsk qrupunu diriltməyə qədər bütün çirkin oyunları həyata keçirir.
Havadarlarının sürətlə
Ermənistanı silahlandırması,
ona siyasi dəstək verməsi isə İrəvanı
daha da iştahlandırır.
Aİ missiyası Azərbaycan
əleyhinə alətə
çevrilib
Ermənistanın arxasında
duran Fransa, həmçinin Avropa İttifaqı Ukrayna cəbhəsində istədiklərinə
nail ola bilmədikləri üçün
Rusiyaya qarşı ikinci cəbhəni Ermənistan üzərindən
Cənubi Qafqazda açmaq istəyirlər.
Hazırda Ermənistan
xarici havadarlarının
köməyi ilə silahlanır və müharibəyə hazırlaşır.
Fransa Ermənistana silah verir, Hindistandan
silah alınır, bu yaxınlarda isə məlum oldu ki, Yunanıstan
"S-300" raket komplekslərini
Ermənistana vermək
niyyətindədir.
İkilistandartlı Avropa İttifaqının
Ermənistanda hərbi
missiyası da bütün bu məkrli fəaliyyətin
bir parçasıdır.
Sözügedən hərbi
missiya vaxtaşırı
Azərbaycanla sərhədlərə
gələrək ölkəmizə
qarşı təbliğat
işləri aparır.
Onu da bildirək ki, Azərbaycan tərəfinin
xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Duda da bu
yaxınlarda Ermənistan-Azərbaycan
sərhədi bölgəsinə,
hələ də Ermənistanın işğalı
altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək,
Avropa İttifaqının
Ermənistandakı missiyası
ilə birgə Azərbaycan əleyhinə
təbliğatda iştirak
edib.
A.Dudanın Varşava
ilə Bakı arasındakı əlaqələrə
birbaşa təsir göstərəcək sözügedən
qərəzli fəaliyyətinə
görə noyabrın
28-də Polşanın Azərbaycandakı
müvəqqəti işlər
vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə
çağırılıb. Polşa Prezidentinin Aİ-nin Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda
iştirakına etiraz
bildirilib. Sözügedən
missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan
arasında etimad quruculuğuna töhfə
vermək kimi bəyan edilmiş məqsədlərinə zidd
olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə
olunduğu xatırlanıb.
Bu təxribatın
Azərbaycan-Polşa münasibətlərinə
zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına
təsir edən bu kimi addımlardan
çəkinməyin zəruri
olduğu diqqətə
çatdırılıb.
"Biz buna imkan verməyəcəyik"
Göründüyü kimi, İrəvan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Ermənistan
hökumətinin böhran
yaşaması və Paşinyanın reytinqinin sürətlə enməsi
hakimiyyəti "yenilik"lər
etməyə vadar edir. Paşinyan hökuməti Azərbaycan
üzərində kiçik
də olsa, qələbə
əldə etməklə
siyasi dividend qazanmaq istəyir.
Yəni İrəvanın
hazırkı müharibə
avantürası Qərbin
növbəti planıdır
və Ermənistan hakimiyyəti ilə Qərbin maraqlarının
üst-üstə düşdüyünün
göstəricisidir.
Qərbin təhriki
və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə,
kövrək sülhün
pozulmasına və yeni müharibənin başlanmasına aparır.
İstənilən halda
qərəzli Qərb
ölkə və qurumlarının Ermənistana
havadarlıq etməsi
reallığı dəyişmək
gücündə deyil.
Azərbaycan tarixə,
ədalətə, beynəlxalq
hüquqa dayanaraq ərazi bütövlüyünü
və suverenliyini qətiyyətlə
təmin edib. Bundan sonra da ölkəmizin
milli maraqlarına qarşı yönələn
istənilən təxribata,
hücuma qarşı
adekvat cavab vermək və məkrli qüvvələri
yerində otuzdurmaq qüdrətindədir. Çünki
"dəmir yumruq"
hər zaman yerindədir.
Və "dəmir
yumruq" işə düşsə, bunun məsuliyyətini Ermənistanı
silahlandıraraq müharibə
avantürasına sürükləyən
Qərb havadarları daşıyacaq.
Prezident İlham
Əliyev də vurğulayıb ki, Ermənistanı Azərbaycana
qarşı yönəltmək
üçün bəzi
Qərb dövlətlərinin
planları göz qabağındadır. Təbii
ki, onları erməni xalqı maraqlandırmır. Erməni
xalqı, sadəcə,
onlar üçün
bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən
istifadə edərək
Azərbaycan və digər qonşular üçün təhdid
mənbələri yaratsınlar
və beləliklə,
öz maraqlarını
təmin etsinlər:
"Yəni bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da
bilməlidirlər ki,
biz buna imkan verməyəcəyik.
Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə
məhv etmək bizim üçün böyük çətinlik
yaratmayacaq. Onu hər kəs bilsin".
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
4 dekabr (№ 267).- S.9.