Ağdamdan Xankəndiyə...

 

Qarabağa aparan əsas yol tamamilə yenidən qurulur

 

Qarabağ Şərqi Zəngəzuru "dəmir yumruq"la işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev zəfərimizdən ötən 4 il müddətində bu ərazilərdə misli görünməyən quruculuq işlərini həyata keçirməkdədir.

Erməni vandalizminin qurbanına çevrilmiş şəhər kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindəndir.

Bu ərazilərdə həyata keçirilən mühüm layihələrdən biri yol-nəqliyyat infra-strukturunun tamamilə yenidən qurulmasıdır. Hər iki iqtisadi rayonda tikinti-quruculuq işləri ilə paralel olaraq yolların da yenidən qurulması, körpü tunellərin tikintisi həyata keçirilir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş şəhər rayonlarımıza səfərləri çərçivəsində yeni yolların açılışlarını edir tikinti işlərinin sürətlə aparılması ilə bağlı ciddi tapşırıqlarını verir. Bölgədə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. Tezliklə Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulub istifadəyə veriləcək.

Bu yollardan biri Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yoludur.

Dövlət başçısının sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilir ki, bu yol başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür ümumi uzunluğu 33,6 km təşkil edir.

Sözügedən yolun ilk 11,7 kilometrlik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21,9 kilometrlik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 26,5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3,75 metrdir.

Hazırda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır.

Bundan başqa, yolboyu müxtəlif diametrlərə malik düzbucaqlı dairəvi su-ötürücü boruların, eləcə keçidlərin tikintisi işləri görülür. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 3494 metr hissəsi artıq inşa edilib.

Qeyd edilən işlərə paralel olaraq 1 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1.6, 4.4, 7.2, 9.6 14-cü kilometrlik hissələrində inşa edilir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa Laçın şəhərlərinə getmək istəyən sürücü sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası planlaşdırılır. Böyük qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq o vaxt 140 min keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur - xəstəxanalar, məktəblər, idman xidmət obyektləri, yollar, 130-dan çox tunel körpü  (40 tunel, 90 körpü) inşa edilir. Tezliklə bu tikililər, möhtəşəm yollar Qarabağa Şərqi Zəngəzura yeni həyat gətirəcək.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 4 dekabr (№ 267).- S.7.