Heydər Əliyev. Müstəqilliyimiz əbədidirçoxcildliyinin təkrar nəşrinin birinci kitabı oxuculara təqdim edilib

 

Azərbaycan Dövlət Nəşriyyatı (“Azərnəşr”) “Heydər Əliyev. Müstəqilliyimiz əbədidirçoxcildliyinin təkrar nəşrinə başlayıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin birinci kitabına Ulu Öndər Heydər Əliyevin xalqın istəyi tələbi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-cü ildə çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri s. daxil edilib. Kitabda yer alan materiallar 1993-cü ilin iyunundan oktyabrınadək olan dövrü əhatə edir. Bu materiallarda həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər müdrikliklə, obyektiv şəkildə təhlil olunur. Kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə təcrübəsi əksini tapıb, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə uzaqgörənliklə müəyyənləşdirilib.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı ictimai-siyasi fəaliyyətinin 1993-cü ilin iyunundan sonrakı dövrünü əhatə edənMüstəqilliyimiz əbədidirkitabı ilk dəfəAzərnəşrtərəfindən 1997-ci ildən başlayaraq 46 cilddə nəfis tərtibatda nəşr edilib. Çoxcildlik respublika ictimaiyyətinə yaxşı məlumdur. Cildlərin xronoloji ardıcıllıqla təqdim edilməsi tədqiqatçılar üçün geniş imkanlar yaradır. Kitablarda Heydər Əliyevin müxtəlif ölkələrə səfərləri, sammitlərdə iştirakı, görüşləri, bəyanatları, məktubları, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm çıxışları, Azərbaycana gələn xarici ölkə rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri digər qonaqlarla görüşləri zamanı çıxış nitqləri təqdim olunub bütün bunlar o dövrün öyrənilməsi üçün dərs vəsaiti kimi qəbul olunur.

Azərbaycan Respublikasında 2023-cü ilinHeydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından ruhlananAzərnəşr”in kollektiviHeydər Əliyev. Müstəqilliyimiz əbədidirçoxcildliyini təkrar nəşr edib oxuculara çatdırmağı qarşısına məqsəd qoyub. Təkrar nəşrin səbəbi cəmiyyətin bütün təbəqələrindən olan insanların - gənclərin, tələbələrin, tədqiqatçıların, elm adamlarının, dissertantların, politoloqların, iqtisadçıların - bir sözlə, çoxminli oxucu kütləsinin istəyi tələbatıdır. İnanırıq ki, bu kitabı incəliklərinə qədər öyrənərək mənimsəyən Azərbaycan vətəndaşları qətiyyətlə məsuliyyətlə deyəcəklər: “Heydər Əliyevin hər bir əsəri dərslikdir - vətəndaşlıq, dövlətçilik Vətənə sevgi dərsliyi”.

Çoxcildliyin buraxılışına məsulAzərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

 

Azərbaycan.-2024.- 4 dekabr (¹ 267).- S.3.