Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi
haqqında
¹ 506
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu
il 18 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 3, maddə
261 (Cild I); Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2024-cü il
5 sentyabr tarixli 395 nömrəli Qərarı)
ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.4-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“1.4. Rezidentura təhsili
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən
etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis
hazırlığının ixtisaslaşmalar üzrə
həyata keçirilməsini
təmin edir. Hər bir ixtisas
üzrə ixtisaslaşmalar
həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.”.
2. 3.2-ci bənddə “, bu Qaydaların əlavəsi” sözləri
“müvafiq təhsil proqramları” sözləri
ilə əvəz edilsin.
3. Qaydalara əlavə
- “Rezidenturada həkim-mütəxəssis
hazırlığı aparılan
ixtisaslar üzrə təhsilin müddəti” ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 2 ” “ dekabr ”
2024-cü il
Azərbaycan .-2024.- 4 dekabr (¹ 267).- S.3.