Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda
dəyişiklik edilməsi
haqqında
¹ 504
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 4, maddə
365 (Cild I); 2024, ¹ 3, maddə
315; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2024-cü il 5 sentyabr tarixli 399 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1. 8.3-cü bənd üzrə:
1.1. üçüncü abzasdan “(ixtisaslaşmaların)”
sözü çıxarılsın;
1.2. beşinci abzasdan
“(ixtisaslaşmaları)” sözü
çıxarılsın və
həmin abzasa “standartlarını,” sözündən
sonra “ixtisaslaşmaların
adlarını (magistratura
səviyyəsinə münasibətdə),”
sözləri əlavə
edilsin.
2. 8.4-cü bənd üzrə:
2.1. birinci abzasdan
“(ixtisaslaşmalar)” sözü
çıxarılsın;
2.2. dördüncü-yeddinci abzaslar müvafiq olaraq beşinci-səkkizinci
abzaslar hesab edilsin və aşağıdakı məzmunda
dördüncü abzas
əlavə edilsin:
“- ixtisaslaşmaların adları (magistratura səviyyəsinə münasibətdə);”.
3. 8.5-ci bəndin birinci
abzasından “(ixtisaslaşmaları)”
sözü çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 2 ” “ dekabr ”
2024-cü il
Azərbaycan.-2024.-
4 dekabr (¹ 267).- S.3.