Ali
təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili,
magistratura və rezidentura səviyyələri
üzrə ixtisasların
təsnifatının təsdiq
edilməsi, Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin Ali təhsilin magistratura səviyyəsi üzrə
ixtisasların (ixtisaslaşmaların)
Təsnifatının, Rezidenturada
həkim-mütəxəssis hazırlığı aparılan
ixtisasların Təsnifatının
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən
düşmüş bəzi
qərarlarının Siyahısının
təsdiq edilməsi haqqında 2011-ci il 14 iyun tarixli 95 nömrəli, Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili)
səviyyəsi üzrə
ixtisasların (proqramların)
Təsnifatının təsdiq
edilməsi və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının)
Təsnifatının təsdiq
edilməsi haqqında
2009-cu il 12 yanvar tarixli 8 nömrəli, Ali təhsilin bakalavriat və magistratura səviyyələri
üzrə bəzi ixtisasların (ixtisaslaşmaların)
Təsnifatının təsdiq
edilməsi haqqında
2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və Ali təhsil
pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatının
təsdiq edilməsi və Ali təhsilin
bakalavriat səviyyəsi
ixtisaslarının (proqramlarının)
Təsnifatının təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər
edilməsi barədə
2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər
edilməsi haqqında
2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik
edilməsi və Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların)
Təsnifatının təsdiq
edilməsi haqqında
2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv
edilməsi barədə
ı 503
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanının
2.2-ci bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Ali təhsilin
bakalavriat səviyyəsi
üzrə ixtisasların
Təsnifatı təsdiq
edilsin
(1 nömrəli əlavə).
2. Ali təhsilin
əsas (baza ali) tibb təhsili
səviyyəsi üzrə
ixtisasların Təsnifatı
təsdiq edilsin (2 nömrəli əlavə).
3. Ali təhsilin
magistratura səviyyəsi
üzrə ixtisasların
Təsnifatı təsdiq
edilsin (3 nömrəli
əlavə).
4. Ali təhsilin
rezidentura səviyyəsi
üzrə ixtisasların
Təsnifatı təsdiq
edilsin (4 nömrəli
əlavə).
5. Ali təhsilin
magistratura səviyyəsi
üzrə ixtisasların
(ixtisaslaşmaların) Təsnifatının,
Rezidenturada həkim-mütəxəssis
hazırlığı aparılan
ixtisasların Təsnifatının
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən
düşmüş bəzi
qərarlarının Siyahısının
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ı 6, maddə 568 (Cild
I); 2024, ı 1, maddə 82) 1-ci və 2-ci hissələri ləğv edilsin.
6. Ali təhsilin
bakalavriat (əsas (baza ali) tibb
təhsili) səviyyəsi
üzrə ixtisasların
(proqramların) Təsnifatının
təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının
(proqramlarının) Təsnifatının
təsdiq edilməsi haqqında 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə
bəzi ixtisasların
(ixtisaslaşmaların) Təsnifatının
təsdiq edilməsi haqqında 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatının
təsdiq edilməsi və Ali təhsilin
bakalavriat səviyyəsi
ixtisaslarının (proqramlarının)
Təsnifatının təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər
edilməsi barədə
2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ı 2, maddə
343 (Cild I) 1-ci hissəsi
ləğv edilsin.
7. Ali təhsilin
magistratura səviyyəsi
üzrə bəzi ixtisasların (ixtisaslaşmaların)
Təsnifatının
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ı 10, maddə 976 (Cild
I) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
2 dekabr
2024-cü il
Azərbaycan.-2024.-
4 dekabr (ı 267).- S.3.