Azərbaycan İran XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

 

Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Seyid Abbas Araqçi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan İran arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar sahələri üzrə birgə layihələr, habelə regional beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ceyhun Bayramov İƏT-in Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının yüksək səviyyədə təşkilinə, habelə Təşkilata uğurlu sədrliyə görə İran tərəfini təbrik edib.

O, iki ölkə arasında tarixi qonşuluq, dostluq, mədəni bağlara əsaslanan əməkdaşlığın inkişafında ali yüksək səviyyəli dialoqun, qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsinin vacibliyini qeyd edib.

Xüsusilə energetika nəqliyyat dəhlizləri sahəsində Azərbaycan-İran əməkdaşlığının inkişafı istiqamətində bir sıra vacib təşəbbüslərin həyata keçirildiyi, əldə olunan razılıqların onların icrasının əhəmiyyəti qeyd olunub. İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Regional beynəlxalq çoxtərəfli platformalar, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2024.- 4 dekabr (№ 267).- S.5.