Azərbaycan-Türkiyə
hərbi əməkdaşlığı
inkişaf etdirilir
Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə
rəsmi səfərdə
olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat
Baş İdarəsinin
rəisi general-polkovnik
Yaşar Kadıoğlunun
rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
nazir onları ölkəmizdə görməkdən
məmnun olduğunu bildirib. O, iki qardaş ölkə arasında bütün sahələrdə olduğu
kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. General-polkovnik
Z.Həsənov Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli
Hərbi Dialoq İclası çərçivəsində
həyata keçirilən
tədbirlərin əhəmiyyətini
xüsusi qeyd edib.
Türkiyə nümayəndə
heyətinə 44 günlük
Vətən müharibəsində
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədən
sonra ordu quruculuğu istiqamətində
aparılan uğurlu islahatlar barədə məlumat verilib.
General-polkovnik Y.Kadıoğlu
isə öz növbəsində səmimi
qəbula və göstərilən qonaqpərvərliyə
görə minnətdarlığını
bildirərək Azərbaycan
və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində
qurulduğunu qeyd edib. Keçirilən birgə təlimlərin qarşılıqlı təcrübə
mübadiləsi baxımından
mühüm əhəmiyyətə
malik olduğu vurğulanıb.
Görüşdə, həmçinin hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri
müzakirə edilib.
Sonra müdafiə
nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti
ilə görüşüb.
Azərbaycan Ordusunun
Baş Qərargahında
keçirilən görüşdə
ölkələrimiz arasında
hərbi əməkdaşlığın
daha da genişləndirilməsində
bu cür görüşlərin zəruriliyi
diqqətə çatdırılıb.
Hər iki qardaş ölkənin hərbi qulluqçularının
peşəkarlığının daha da artırılması
məqsədilə birgə
təlimlərin intensivliyinin
artırılmasının vacibliyi qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.- 4 dekabr (№ 267).- S.6.