Növbəti sosial paket 3 milyondan çox insanı əhatə edəcək

 

 

"2025-ci ilin büdcəsində sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdəki artım dövlətin sosial siyasətinin gücləndirilməsi əhalinin müxtəlif sosial qruplarına dəstəyin artırılması məqsədi daşıyır. Xüsusilə pensiyalar, əlillik təqaüdləri, işsizlik sığortası, sağlamlıq xidmətləri sosial xidmət sahələrindəki layihələrin artırılması hökumətin sosial bərabərliyi təmin etmək istiqamətindəki iradəsini göstərir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin  sədr müavini Azər Badamov deyib. Deputat bildirib ki, qanun layihəsində əhalinin aztəminatlı təbəqəsinin, əlilliyi olan şəxslərin pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılması prioritet olaraq qalır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən sosial yardımlar proqramlar bu qruplara daha geniş imkanlar yaratmaq məqsədi daşıyır. Fondun büdcəsi 2025-ci ildə ölkəmizdə sosial siyasətin uğurla davam etdirilməsinə imkan verəcək. "Ölkəmiz müstəqillik illərinin əvvəlində erməni işğalı ilə qarşılaşmasaydı, bu gün Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin daha böyük rəqəmlərlə ifadə olunduğunu görərdik. Belə ki, torpaqlarımız işğal altında olduğu illərdə dövlət büdcəsinin vəsaitlərinin böyük hissəsi məcburi köçkün qaçqınların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Çadır şəhərciklərinin ləğv olunması, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbələrin şəhərciklərin tikilməsinə, onların sosial müdafiəsinin gücləndirilməsinə, şəhid ailələri Qarabağ müharibəsinin iştirakçılarına dəstək proqramlarına, ordunun gücləndirilməsinə milyardlarla manat vəsait sərf olunub", - deyə A.Badamov əlavə edib.

Deputat xatırladıb ki,  torpaqlarımız işğaldan azad olunduğu 4 ildə 2025-ci il daxil olmaqla 23 milyard manat vəsait sərf olunaraq 100 yaşayış məntəqəsinin yenidən qurulması bərpası proqramı icra olunur. Ermənistanın yerlə yeksan etdiyi 300-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qaytarılmalıdır. Təbii ki, bu layihələrin icrasına əlavə olaraq 10 milyardlarla vəsait sərf olunacaq. Əgər  ölkəmiz belə problemlərlə qarşılaşmasaydı, bu gün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi daha böyük rəqəmlərlə ifadə olunar vətəndaşlarımızın sosial təminatı daha da yüksələrdi. Halbuki bu problemləri bizə yaşadan 1990-cı illərin əvvəlində hakimiyyətdə olmuş AXC-nin bacarıqsızlığı olub xalqımız onun yükünü bu gün daşıyır. Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi altında meydana gəlmiş iqtisadi güc tarixin bizə miras qoyduğu çətinlikləri aradan qaldırmağımıza, suverenliyimizi təmin etməyimizə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yol açır. 

A.Badamov qeyd edib ki, çətin tarixi yol keçməyimizə baxmayaraq, dövlətimiz  sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün layiqli həyat şəraiti təmin edir: "Sosial proqramların əhatə dairəsi hər il genişlənir.  Belə ki, 2025-ci ildə icrası nəzərdə tutulan sosial paket 3 milyondan çox insanı əhatə etməklə vətəndaşlarımızın sosial müdafiəsinin güclənməsinə xidmət edəcək. Bu, Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşının sosial rifahının dayandığının bariz nümunəsidir". 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 4 dekabr (№ 267).- S.7.