Azərbaycan-Türkiyə yüksəksəviyyəli əməkdaşlıq əlaqələri parlamentlər müstəvisində inkişaf etdirilib

 

 

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost qardaş ölkələrimiz, o cümlədən qanunverici orqanlarımız arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına əsaslanan bütün sahələri əhatə edən münasibətlərimiz dövlət başçılarımızın siyasi iradəsi birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəlib.

Tərəflər yüksəksəviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində inkişaf etdirildiyini diqqətə çatdırıblar.

Mövlud Çavuşoğlu Azərbaycanda növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib.

Parlament sədrləri, dostluq qrupları deputatlar arasında təmasların münasibətlərimizə mühüm töhfələri qeyd edilib. Həmçinin qanunverici orqanlarımızın deputatların bütün beynəlxalq parlament təşkilatlarında ortaq mövqedən çıxış etdikləri məmnunluqla diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimizə qarşı bir sıra dairələr tərəfindən həyata keçirilən qarayaxma təzyiq kampaniyalarına qarşı mübarizədə parlamentarilərimizin əməkdaşlığı olduqca vacibdir.

Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı da fikirlər səsləndirilib. Bu tarixi zirvə toplantısının ölkəmizin qlobal proseslərə növbəti töhfəsi kimi dəyərləndirilib.

Görüşdə, həmçinin regionda mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Qərbi Azərbaycan İcmasınınQayıdış hüququErmənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqimövzusunda beynəlxalq konfransının əhəmiyyəti barədə fikirlər səsləndirilib.

 

Azərbaycan.-2024.- 5 dekabr (№ 268).- S.3.