Gürcüstanda
baş verənlər
Qərbin köhnə
təxribat ssenariləridir
Bu planların
reallaşdırılmasında USAID kimi təşkilatlar fəal iştirak edirlər
Qonşu Gürcüstanda
Qərbin təsiri altında hakimiyyət böhranı yaşanır.
Ölkədə formalaşdırılmış
şəbəkə yenidən
ayağa qaldırılıb,
Avropadan gələn emissarlar bilavasitə prosesə nəzarət edir və vəziyyəti
gərginləşdirmək üçün hər yola əl atırlar.
Hadisələrin gedişatı
göstərir ki, Qərb bu ölkədə
çox dairələrə
əl uzadıb. Hətta o qədər irəli gedib ki, özünü istər QHT, istər media sektorunda olsun, agent şəbəkəsini
geniş şəkildə,
hətta hakimiyyətin
bəlli strukturlarına
qədər yüksəldə
bilib. İctimai rəyə ciddi təsir edə biləcək bir şəbəkə qurub.
Həmin şəbəkənin
hesabına da bu gün Gürcüstan
çalxalanır.
Gürcüstan Azərbaycan
üçün önəmli
qonşu dövlətdir.
Hər iki dost ölkə arasında ikitərəfli
münasibətlər yüksələn
xətlə inkişaf
edir. Bu ölkədə minlərlə
soydaşımız yaşayır.
Bu səbəbdən də Gürcüstanda baş verən hadisələr bizləri də narahat etməyə bilməz.
Ölkə hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarından sonra respublikada kütləvi etiraz aksiyaları başlayıb. Yerli medianın yaydığı məlumatlara görə, Tbilisidə parlamentin binası yaxınlığında etirazçılarla polisər arasında toqquşmalar baş verib. Hər iki tərəfdən xəsarət alanlar olub. Dünən Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin binası qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.
Gürcüstanın Çexiyadakı səfiri
Teya Maisuradze istefa verib. O, bu barədə "X"
hesabında paylaşım
edib. Bununla da Gürcüstanın istefa verən səfirlərinin sayı
6-ya çatıb. Qeyd
edək ki, səfirlər Gürcüstan
hökumətinin Avropa
İttifaqına üzvlüklə
bağlı danışıqları
dayandırması barədə
qərarını dəstəkləmirlər.
Gürcüstanın Baş
naziri İrakli Kobaxidze bildirib ki, müxalifətlə heç bir danışıq aparılmayacaq.
Ölkədə etiraz
aksiyası adı altında iğtişaşların
yaranmasında bilavasitə
müxalifət günahkardır.
O, bununla da ölkədə hazırkı
vəziyyətlə əlaqədar
müxalifətlə danışıqların
aparılması mümkünlüyünü
istisna edib.
Ümumiyyətlə, Gürcüstanda parlament seçkilərindən sonra
siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin
ləğv olunması
və yeni seçkilərin keçirilməsinə
yönəlmiş fəaliyyəti
aydın göstərir
ki, Qərb Gürcüstanda rəngli
inqilab ssenarisi planlaşdırıb və
həyata keçirməyə
çalışır. İnqilabın
başlıca məqsədi
mövcud hakimiyyəti
devirmək və Gürcüstanda Qərbdən
idarə olunan iqtidar komandası formalaşdırmaqdır.
Baş verənlər
Qərbin oyunlarıdır.
Bu planların reallaşdırılmasında USAID kimi təşkilatlar fəal iştirak edirlər. Hazırda Qərbin nəzarətində
olan siyasi partiyaların, medianın,
QHT-lərin, diplomatların
və s. Gürcüstanda
sabitliyi pozmaq xəttini tutduğu aydın görünür.
Bu qüvvələrin
can atdığı müddətsiz etirazlar
2004-cü ildə sınaqdan
çıxarılmış metoddur.
Gürcüstan hakimiyyətinin
"Xarici təsirin şəffaflığı haqqında"
qanun qəbul etməsi, cinsi azlıqların fəaliyyətini
məhdudlaşdıran normativ
hüquqi aktların tətbiqi, habelə Gürcüstan hökumətinin
ölkəni 2028-ci ilin
sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini
gündəmə gətirməməyə
qərar verməsi Gürcüstan hakimiyyətinin təhlükəli
oyunu gördüyünü
və əks tədbirlər reallaşdırdığını
nümayiş etdirir.
Artıq gürcü
xalqı Qərbin və onun təəssübkeşlərinin
əsl niyyətinin nədən ibarət olduğunu anlayır və buna ciddi
müqavimət göstərir.
Gürcülər yaxşı
anlayırlar ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən
sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla
əlaqələri daha
da gücləndirməkdən
keçir. Azərbaycan
və gürcü xalqı bir yerdə olduqca və eyni hədəfə
doğru irəlilədikcə,
regionu qeyri-sabitlik məkanına çevirmək
cəhdləri heç
bir nəticə verməyəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2024.- 4 dekabr (№ 267).- S.7.