Qərbin qalibi mühakimə etmək cəhdi

 

Gürcü xalqı növbəti dəfə buna yol verməyəcəyini nümayiş etdirir

 

 

Dünyanın düzənini dəyişmək cəhdi beynəlxalq münasibətləri daha da kəskinləşdirib. Qərb göz dikdiyi dünyada söz sahibi olmağa iddialıdır o üzdən qalan ölkələrə öz şərtlərini diktə etməkdən çəkinmir. Bu da Çin, Rusiya kimi  böyük dövlətlərlə yanaşı, kiçik ölkələrin haqlı narazılığına səbəb olur. Hətta o dərəcədə ki, rəqib ölkələr arasında silahlı qarşıdurma ilə müşayiət olunan düşmənçilik hökm sürür.

Rusiya-Ukrayna müharibəsi, Çinlə ABŞ arasında olan gərginlik bunun təsdiqidir. Yaxın Şərqdə baş verən hadisələrə bu kontekstdən baxmaq lazımdır. Pis odur ki, hazırda bu qarşıdurmaların sonu görünmür. Əksinə, bütün cəbhələrdə gərginlik artır. Artan həm təkcə gərginlik deyil, mübarizənin coğrafiyası da genişlənir.

Sirr deyil ki, bu gün Qərbin növbəti hədəfi Cənubi Qafqazdır. Bu da səbəbsiz deyil. Əgər Qərb istəyinə nail olsa, bu yolla Orta Asiya ölkələrinə Çinin dünya ilə apardığı ticarət yoluna nəzarət etmək imkanı qazanacaq. Bu səbəbdən Rusiya Çinlə aparılan mübarizədə Cənubi Qafqaza nəzarət etmək xüsusi önəm daşıyır.

Ermənistan SSRİ-nin dağılması ilə özünün müstəqilliyini elan etsə , üstündən 30 ildən çox zaman keçməsinə baxmayaraq, müstəqilliyi hələ dekorativ xarakter daşıyır. 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətə qədər Ermənistan şimal qonşumuzun faktiki vassalı idi. Rusiyalı siyasətçilər açıq şəkildə Ermənistanı ölkələrinin forpostu adlandırırdılar. Ermənilər bundan incisələr , həqiqəti gizlətmək mümkün deyildi. Rəsmi İrəvan şimal qonşusunun icazəsi olmadan heç bir qərar qəbul edə bilmirdi.

Bu gün Ermənistan xarici siyasətində Qərbə inteqrasiya strategiyasını seçib. Əslində bu, siyasət deyil, ağasını dəyişmək cəhdidir. İndi İrəvan Azərbaycanla aparılan danışıqlarda müstəqil qərar qəbul edə yeni ağalarının onlar üçün cızdığı cığırdan çıxa bilmir. Əsasən bu səbəbdən indiyədək iki ölkə arasında sülh müqaviləsini imzalamaq mümkün olmayıb. Belə getsə, Qərb Ermənistana icazə vermədiyi müddətdə sülh müqaviləsi bağlanmayacaq. Çünki indi Qərb Ermənistanda söz sahibidir. O söz isə, adətən, şərə, yalana, ikili standarta xidmət edir.

Bunu Qərbin Gürcüstanda baş verən hadisələrə münasibətində görmək olur. Bu gün qonşu dost Gürcüstanda baş verən siyasi proseslər Qərbin Cənubi Qafqazı ələ keçirmək üçün qurduğu məkrli planın tərkib hissəsidir. Ermənistanı ram etdikdən Azərbaycana qarşı aparılan bütün həmlələr boşa çıxandan sonra Qərb Gürcüstanda keçirilən seçkiləri bəhanə edərək hərəkətə keçib. Gürcü xalqı demokratik keçirilən səsvermədə iqtidarda olan "Gürcü Arzusu"na səs verməklə ölkənin idarəsini bu siyasi qüvvəyə etibar etsə , "azad seçkilər", "demokratiya" tərəfdarı olduğunu bəyan edən Qərb gürcü xalqının bu seçimini qəbul etmək istəmir. Çox sadə səbəbdən -  "Gürcü Arzusu" müstəqil siyasət aparır, Gürcüstanın taleyini hər hansı xarici qüvvələrə yox, xalqa həvalə edir. Lakin Qərbə bu mövqedə olan iqtidar lazım deyil. Gürcü xalqı, məsələn, keçmiş iqtidarın dövründə Qərbin onları Rusiya ilə üz-üzə qoyub aradan çıxmağını unutmayıb ona görə həmin siyasi səhvi təkrar etmək istəmir.

Əvəzində isə Qərbin demokratik şəkildə seçkilərdə qalib gələn "Gürcü Arzusu"nu hakimiyyətdən uzaqlaşdırmaq üçün antidemokratik vasitələrdən istifadə etməsi ilə üz-üzə gəlib. Bəli, bu gün Qərb maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstanda vətəndaş qarşıdurmasını körükləmək bu yolla xalq tərəfindən seçilmiş iqtidarı devirmək istəyir. Qərb tərəfindən maliyyələşən həmin qüvvələrin nümayişlər zamanı asayiş keşikçilərinə onların əleyhdarlarına qarşı zor tətbiq etmələrini başqa yerə yozmaq mümkün deyil. Çünki iqtidara qarşı çıxış edən bu qüvvələrin Qərb tərəfindən açıq şəkildə dəstəklənməsi təsdiqlənmiş faktdır. Avropadan gələn emissarlar təkcə prosesə nəzarət etmirlər, həm vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni əsirgəmirlər.

Amma gürcü xalqı Qərbin bu avantürasına getmir. Bu səbəbdən seçkilərdən xeyli vaxt keçsə , Avropadan gələn emissarlar əsas məqsədlərinə çata - xalq tərəfindən demokratik yolla seçilən iqtidarı devirməyi bacara bilməyiblər. Gürcüstanın milli mənafeyini uca tutan sağlamdüşüncəli siyasi qüvvələr, ziyalılar sadə xalq Qərbin məkrli planlarına qarşı müqavimət göstərirlər bununla qaliblərin mühakimə olunmalarına imkan verməyəcəklərini nümayiş etdirirlər.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 4 dekabr (№ 267).- S.7.