İslam
dünyasının “Gənclər
Paytaxtı” olan Şuşa şəhəri
yenidən gəncləri
bir araya gətirib
Gənclər və
İdman Nazirliyi, İslam Əməkdaşlıq
Təşkilatının Gənclər
Forumu və Mədəniyyət Nazirliyinin
birgə təşkilatçılığı
ilə İslam dünyasının "Gənclər
Paytaxtı" olan Şuşa şəhərində
beynəlxalq proqram keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə
İslam Əməkdaşlıq
Təşkilatına üzv
və müşahidəçi
ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər
və könüllülər
iştirak edirlər.
Gənclər və
İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri
Ramil Cabbarov konfransda iştirak edən gənclərə
uğurlar arzulayıb.
O, Şuşa şəhərinin
bu cür mühüm tədbirə
ev sahibliyi etməsinin qürurverici olduğunu bildirib.
İslam Əməkdaşlıq
Təşkilatının Gənclər
Forumunun Təlim və tədris departamentinin direktoru Tuğba Ceren Çerçi Şuşa
şəhərində olduğu
üçün qürur
hissi duyduğunu söyləyib və qonaqpərvərliyə görə
Azərbaycana minnətdarlığını
çatdırıb: “Proqramın
əvvəlindən səylə
çalışan bütün
təşkilatçılara təşəkkürümü bildirirəm. Eləcə də ölkənizə
COP29-da göstərdiyi heyrətamiz
işinə görə
təşəkkür edirəm.
Hesab edirəm ki, orada çalışan
insanlar alqışa layiq işlər gördülər".
Həmçinin, nazirliyin
"Yaradıcılıq marafonu"da
bu gün start götürüb. Bu proqram İslam
Əməkdaşlıq Təşkilatına
üzv ölkələrdən
olan müxtəlif istedadlı və yaradıcı gəncləri
birləşdirən platformadır.
Burada gənclər dörd sahə - animasiya, film, moda, dizayn üzrə
fərqli məhsullar yaradacaqlar. Sabah isə qaliblər elan ediləcək.
"Şuşa Yaradıcılıq
Emalatxanası" çərçivəsində
bəstəkar-pianoçu Pikə
Axundova Azərbaycan muğamını qonaqlara
təqdim edib.
İslam dünyasının
“Gənclər Paytaxtı”nın bağlanış
mərasimi dekabrın
4-də Şuşa şəhərində
reallaşacaq.
Xatırladaq ki,
2023-cü ilin oktyabr ayında İƏT Gənclər
Forumunun İcraiyyə
Şurasının 11-ci iclasında
Qarabağın incisi Şuşa şəhəri
2024-cü il üçün
İslam Əməkdaşlıq
Təşkilatının “Gənclər
Paytaxtı” elan olunmuşdu.
Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azərbaycan.-2024.- 4 dekabr (¹ 267).- S.12.