Tacikistan Prezidenti
İlham Əliyevə zəng
edib
Tacikistan Respublikasının
Prezidenti Emoməli Rəhmon dekabrın 4-də
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə
zəng edib.
Telefon söhbəti
zamanı Prezident Emoməli Rəhmon COP29-un
uğurlu təşkilinə
görə təbriklərini
çatdırıb və
onun nəticələrinin
qlobal iqlim gündəliyinin irəli
aparılması baxımından
vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev
təbriklərə görə
təşəkkürünü bildirib, Emoməli Rəhmonun COP29-un Liderlər
Sammitində iştirakını
və bütövlükdə
Tacikistan nümayəndə
heyətinin müzakirələrə
fəal töhfə verdiyini məmnuniyyətlə
qeyd edib.
Telefon söhbəti
zamanı ikitərəfli
gündəliyə aid olan
aktual məsələlər,
həmçinin Tacikistanın
MDB-də qarşıdan
gələn sədrliyi
çərçivəsində əməkdaşlıq məsələləri
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.- 5 dekabr
(№ 268).- S.1.