Qərbin
siyasi avantüralarının
maliyyə maxinasiyaları
Fransanın "Mediapart",
İtaliyanın "Il Fatto
Quotidiano", Yunanıstanın
"Drop Site" və "Reporters
United" nəşrlərinin apardıqları birgə araşdırmalarda Mütəşəkkil
Cinayətkarlıq və
Korrupsiya Hesabatı Layihəsi - OCCRP haqqında
çox maraqlı faktlar ortaya çıxıb. Belə
ki, araşdırmada
OCCRP-nin mənsubluğu,
maliyyə mənbələri,
əsl məqsəd və məramı bəlli olub. Bununla Mütəşəkkil
Cinayətkarlıq və
Korrupsiya Hesabatı Layihəsinin əsl fəaliyyəti ifşa edilib.
"Dropsitenews.com" resursunda dərc olunmuş "Jurnalistika nəhəngi büdcəsinin yarısını
ABŞ hökumətindən alır" başlıqlı
məqalədə sensasiyalı
məlumatlar öz əksini tapıb.
Öncə onu
vurğulayaq ki, özünü 2007-ci ildə
yaradılmış müstəqil
təhqiqat konsorsiumu kimi təqdim edən OCCRP əldə olunan mühüm məlumatların guya araşdırmaçı jurnalist
məhsulu kimi təqdimatı prosesini həyata keçiməklə
məşğul olub.
Bir müddət öncə Azərbaycan mətbuatında dərc edilən bir araşdırmada təşkilatın
saytına istinadən
deyilirdi ki, qurumun yerləşmə ərazisi Sarayevo və Buxarestdədir. Beş postsovet ölkəsi - Rusiya, Ukrayna, Latviya, Ermənistan və Gürcüstanla əməkdaşlıq
və nümayəndəlik
əlaqələri barədə
məlumat verilirdi. Qeyd olunurdu ki,
təşkilat jurnalistlər
üçün qiymətli
mənbə ola biləcək şirkət
yazışmalarının, bank-maliyyə əməliyyatlarının,
istintaq protokollarının,
məhkəmə stenoqramlarının
"online" resursunu
hazırlayır və
təqdim edir.
"Jurnalistika nəhəngi
büdcəsinin yarısını
ABŞ hökumətindən alır" başlıqlı
məqalədə təşkilatın
maliyyəçiləri arasında
Soros Fondunun, USAID və ABŞ Milli Demokratiya Fondunun adları keçir.
"Dropsitenews.com"un məlumatına əsasən,
illik 20 milyon avro büdcəyə malik və 200 əməkdaş çalışdıran
OCCRP ABŞ dövlətinin layihəsidir. 2008-ci ildə
kiçik bir media qrupu kimi
fəaliyyətə başlayanda
sərəncamında Dövlət
Departamentinin Beynəlxalq
Narkotik və Hüquq Mühafizə Məsələləri Bürosunun
(İNL) verdiyi 1 milyon
dollar vəsait olub. Bu vəsait
də Delaverdə yerləşən "Jurnalistikanın
İnkişafı Şəbəkəsi"nə
(Journalism Development Group, LLC) verilib və bundan sonra OCCRP həyata vəsiqə qazanıb.
Qurulduğu dövrdən
indiyə kimi OCCRP
ABŞ hökumətindən 47 milyon dollar vəsait
alıb. Əlavə olaraq 1,1 milyon dollar Avropa İttifaqından
və 14 milyon dollar da Avropa
ölkələrindən alan
təşkilatın büdcəsinin
52 faizi ABŞ hesabına
formalaşıb.
OCCRP-nin ABŞ hökuməti
ilə əlaqələri
o qədər sıxdır
ki, hətta USAID-in ermənipərəst rəhbəri Samanta Pauer onu "tərəfdaş qurum"
adlandırır. USAID-in
OCCRP üzərində hökmünü
daha aydın təsəvvür etmək
üçün bir faktı qeyd etmək kifayətdir ki, o, OCCRP-dən layihələri və əməkdaşları ilə
bağlı hər il hesabat tələb
edir və bütün bunlarla bağlı söz sahibidir.
OCCRP ABŞ kəşfiyyatı tərəfindən ötürülən
məlumatları araşdırmaçı
jurnalist məhsulu kimi təqdim edir və bununla
da Vaşinqtonun xarici siyasətində təsir rıçağı
rolunu oynaması faktını təsdiqləyir.
OCCRP-nin Cənubi
Qafqaz siyasəti isə bizlərə çox yaxşı bəllidir. Hələ bir dəfə də olsun Azərbaycan
reallıqları ilə
bağlı doğru-düzgün
araşdırma təqdim
etməyən təşkilat
yalnız işğalçı
Ermənistanın maraqlarına
xidmət edən
"fəaliyyəti" ilə
seçilib.
Bu təşkilat
hər zaman Azərbaycanı əsas hədəf kimi seçərək ölkənin
daxili işlərinə
qarışmaq və əsasən, erməni maraqlarının müdafiəçisi
kimi çıxış
etməklə çirkin
kampaniyalar həyata keçirib.
USAID-in ermənipərəst
rəhbəri Samanta Paueri bütün dünya azərbaycanlıları
yaxşı tanıyır.
"Ermənidən betər
erməni" olan bu xanım OCCRP-ni "tərəfdaş qurum" hesab edirsə, buna başqa ad vermək
olmaz. Azərbaycan bu təşkilatın hər zaman hədəfində olan dövlətlərdən biridir.
Hazırda OCCRP-nin əməliyyatlarını USAID əməkdaşı Şennon
Maquayrinin kurasiya etməsi də bunu təsdiqləyən reallıqdır.
İndiyə qədər
Avropa İttifaqı, Avropa ölkələri, xüsusilə ABŞ-dən
aldığı vəsait
hesabına büdcəsini
formalaşdıran OCCRP-nin
Azərbaycanla bağlı
"araşdırmalarında" Xədicə İsmayıldan
vasitə kimi istifadə edilməsi də reallıqdır. Bəlli olur ki, X.İsmayıl, əslində, sifariş yerinə yetirib. O, müəyyən materiallarda
yalnız imzasının
istifadəsinə razılıq
verərək bunun müqabilində pul qazanıb.
Azərbaycanın dünyada
ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sammitinə evsahibliyi
ərəfəsində OCCRP-nin "fəaliyyətini"
görməmək mümkün
deyildi. ABŞ Dövlət
Departamenti tərəfindən
aldığı sifarişi
yerinə yetirən təşkilat bütün
imkanları ilə çalışırdı ki,
COP29-da Azərbaycanın yüksəksəviyyəli
evsahibliyinə xələl
gətirsin, kölgə
salsın. "Vaşinqton
Post", "Qardian", "CNN"nin bu oyunda informasiya təminatçısı kimi
çıxış etmələri
də Qərbin Azərbaycana qarşı əsl niyyətini göstərən reallıqlardır.
Bir sözlə,
bu günə kimi OCCRP-nin Azərbaycan da daxil olmaqla apardığı
araşdırmaların sifarişçisi,
icraçıları, onların
qarşısına qoyulmuş
vəzifələr aydındır.
İndi maraqlıdır
ki, bu boyda
araşdırmadan, real
faktlardan sonra OCCRP və onun arxasında
duranlar, yəni
ABŞ Dövlət Departamenti,
USAID-in rəhbəri Samanta Pauer buna
necə don geyindirəcəklər?!
R.BAXŞƏLİYEV,
Azərbaycan.-
2024.- 5 dekabr (№ 268).- S.5.