COP29-da könüllülük hərəkatının Azərbaycan nümunəsi

 

BMT Baş Assambleyasının 1985-ci il qətnaməsinə əsasən, hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Könüllülük iradə sərbəst seçim əsasında heç bir maddi qazanca əsaslanmayan cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyətdir.

Könüllülük əvəzolunmaz təcrübədir. Bu fəaliyyət gənclərə peşəkar bacarıqlarını inkişaf etdirmək, komanda işi liderlik qabiliyyətlərini artırmaq, yeni insanlarla tanış olub şəbəkələşmək imkanı yaradır. Eyni zamanda beynəlxalq tədbirlərdə iştirak etməklə fərqli mədəniyyətlər perspektivlərlə tanış olmaq onların şəxsi peşəkar inkişafına müsbət təsir göstərir.

Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsidir. 2009-cu ildə "Könüllü fəaliyyəti haqqında" qanunun qəbul edilməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında xüsusi rol oynadı. Bu geniş əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

Könüllülər indiyədək Azərbaycanın yüksək səviyyədə evsahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları "Formula-1" yarışları kimi mötəbər beynəlxalq tədbirlər zamanı olduğu kimi, qlobal əhəmiyyətli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilində mühüm rol oynayıblar.

 

 

 

COP29-da 3000-dən çox könüllü fəaliyyət göstərdi

 

 

Qlobal iqlim siyasətində böyük əhəmiyyət daşıyan dünyanın 196 ölkəsindən gələn müxtəlif millətlərdən olan qonaqları bir araya gətirən COP29-da 3000-dən çox könüllü fəaliyyət göstərdi. İqlim konfransının Könüllülük Proqramının qeydiyyat prosesinə 29 may tarixində start verildi. İlk 24 saat ərzində Azərbaycanda rekord qeydiyyat göstəricisinə nail olundu. Belə ki, bir gündə 9000 nəfər könüllülük üçün qeydiyyatdan keçdi.

Könüllülük proqramına başlanılan andan etibarən xarici könüllülər üçün müraciət imkanı yaradıldı, 80-dən çox əcnəbi vətəndaş COP29-un könüllüsü olaraq təşkilati işlərə qoşuldu, onlarla ayrılıqda müsahibə təlimlər  təşkil edildi. Xarici könüllülər, əsasən, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Kolumbiya, Belarus, Cənubi Koreya, Çin, Gürcüstan, Hindistan, Türkmənistan, Pakistan, Nigeriya, Qırğızıstan digər ölkələrin vətəndaşları idi. Ümumiyyətlə isə 16 mindən çox şəxs COP29 könüllüsü olmaq üçün qeydiyyatdan keçmişdi.

Bir neçə mərhələdən ibarət olan seçim prosesini həyata keçirən komandada olan əməkdaşların böyük əksəriyyəti daha əvvəl keçirilmiş tədbirlərdə könüllü kimi iştirak etmiş gənclər idi. İlk mərhələdə qeydiyyat müraciətləri yoxlanıldı nəticədə 10 min nəfər müsahibə mərhələsinə dəvət olundu. Müsahibələr zamanı könüllülərin motivasiyası, xarici dil bilikləri komandada işləmə bacarıqları əsas diqqət mərkəzində oldu. Həmçinin müəyyən sahələrdə işləyəcək könüllülər üçün əlavə tələblər nəzərə alındı, əvvəlki təcrübələr qiymətləndirildi. Bu mərhələdən uğurla keçən könüllülərin 68 faizi qadın, 32 faizi kişi olmaqla, təxminən 7 min nəfər ümumi rol təlimlərinə dəvət edildilər. Bu proses isə təkcə könüllülərin işə hazırlığını təmin etmədi, həm onları bir ailə olaraq birləşdirdi.

 

 

16 yaşdan 72 yaşa qədər

 

COP29 könüllüləri ümumilikdə 17 müxtəlif şöbə üzrə 35 fərqli rolda fəaliyyət göstərirdilər. Onların işi qonaqların hava limanında qarşılanmasından tutmuş, transport yerləşmə proseslərinin təşkilinə, eləcə tədbir məkanlarında təşkilati işlərin aparılmasına qədər müxtəlif istiqamətləri əhatə edirdi. Bundan əlavə, könüllülər yalnız qonaqlara deyil, əməkdaşlara dəstəyin göstərilməsi, media əməliyyatları dəstək komandasının üzvləri olaraq BMT əməkdaşları ilə çiyin-çiyinə çalışaraq tədbirin ən yaxşı formada təşkilində iştirak etdilər.

Gənclərimiz, həmçinin tədbirin əsas məkanlarında, məsələn, Bakı Olimpiya Stadionunda müxtəlif konfrans zallarında, iştirakçı qonaqlara dəstək göstərərək, tədbirin hər bir detalının yüksək səviyyədə təşkilinə töhfələrini verdilər. Hər bir şöbədə fəaliyyət göstərən könüllülər öz bacarıq təcrübələrinə uyğun tapşırıqlarla təmin olunmuşdular. Bu yanaşma onların həm fərdi, həm komanda şəklində işləmə bacarıqlarını maksimum səviyyədə istifadə etməyə imkan yaratdı.

COP29 könüllülərinin digər tədbirlərdən fərqləri burada yuxarı yaşlı insanların da könüllü qismində fəaliyyət göstərməsi idi. Belə ki, könüllülər arasında ən gəncinin 16, ən yaşlısının isə 72 yaşında olması bu prosesin müxtəlif yaş kateqoriyasında olan şəxslər üçün  cəlbedici olduğunu  göstərirdi. COP29 könüllülər proqramının müraciətçilərinin 84 faizini 18-25 yaş qrupu, 11 faizini 16-18 yaş arası, 5 faizini 25 yaşdan yuxarı şəxslər təşkil edirdi.

Ölkəmizdə keçirilən tədbirin fərqləndirici daha bir məqamı isə indiyə qədər keçirilmiş COP konfransları tarixində ilk dəfə olaraq Azərbaycanda COP29 Akademiyasının təşkil edilməsi oldu. COP29 Akademiyasında mentorluq, peşəkar inkişaf imkanları təklif edən genişmiqyaslı layihə olmaqla, iştirakçıların iqlim dəyişmələri, dayanıqlılıq sahəsində yeni biliklər əldə etməsi istiqamətində öyrənmə mədəniyyətinin təşviqi prosesi həyata keçirildi. Akademiyada iştirak üçün çoxsaylı müraciətin dəyərləndirilməsi nəticəsində 29 nəfər seçilərək COP29 Akademiyasının iştirakçısı olmaq imkanı əldə etdilər. İştirakçılar 2 ay müddətində fərdi peşəkar inkişaf təlimlərində iştirak etməklə yanaşı, COP29 Azərbaycan Əməliyyat Şirkətinin fərqli şöbələrinin prosesləri ilə yaxından tanış oldular. Proqramın sonunda şöbələr tərəfindən seçilmiş gənclər həmin şöbələrin tərkibində uğurlu təcrübə keçdi, Azərbaycan Əməliyyat Şirkətində imkanı əldə etdilər.

Cəmiyyətin təkanverici qüvvəsi olan gənclərimiz onlara bəslənən ümidləri yenə doğrultdular. COP29 könüllüləri konfrans çərçivəsində təkcə öz bacarıqlarını nümayiş etdirmədilər, həm bu mötəbər tədbirin yüksək səviyyədə həyata keçirilməsində vacib rol oynadılar, daha "yaşıl dünya" üçün mübarizə missiyasının bir parçası oldular.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 5 dekabr (№ 268).- S.6.