Qərb
Gürcüstanda qarşıdurma
yaratmaqda çirkin məqsəd güdür
Oktyabrın 26-da Gürcüstanda
keçirilən parlament
seçkilərindən sonra
bu ölkədə Qərbin təhriki və dəstəyi ilə mitinqlər, qarşıdurmalar başlayıb.
Gündən-günə vəziyyət
gərgin xarakter alır. Buna səbəb isə Qərbin seçkilərdə
iqtidar partiyasının
qələbəsini qəbul
etməməsidir. Qərbin
dedikləri ilə oturub-duran gürcü müxalifəti ölkədə
xaos yaradır, insanları mitinqə çağırır, hüquq-mühafizə
orqanlarına qarşı
zorakılıq göstərir.
Belə qarşıdurmalar,
mitinqlər Gürcüstanda
ilk dəfə deyil baş verir. Arxada qalmış
24 il ərzində bu ölkədə dəfələrlə qalmaqallı
hadisələr baş
verib, gərgin günlər yaşanıb.
2003-cü ildə Gürcüstanda
"qızılgül inqilabı"
adlandırılan hadisə
baş verib. Qərbin sifarişi ilə həyata keçirilmiş "qızılgül
inqilabı" nəticəsində
ovaxtkı prezident Eduard Şevardnadze tutduğu vəzifə ilə vidalaşmalı olub. Təəssüflər
ki, Qərbin o zamanlar Gürcüstanda başlatdığı qarşıdurma,
hakimiyyət çevrilişi
planları davam edir. Qərb ətək-ətək pul
payladığı qeyri-hökumət
təşkilatları vasitəsilə
proseslərə müdaxilə
edir, gürcü xalqının hüquqlarını
kobud şəkildə
pozur. Qeyri-hökumət
təşkilatlarını maliyyələşdirməklə sanki "dövlət içində dövlət"
qurur. Sonra da onların vasitəsilə ölkədə
xaos yaradır. Xalqın iradəsinin, istəyinin əleyhinə
gedir. Qonşu respublikada baş verən qarşıdurmalar
bir daha göstərir ki, Qərb verdiyi qrantlar hesabına Gürcüstanda QHT-çilərdən
ibarət manqurt dəstələr, LGBT və
ifrat liberal mövqe tutan sağ təmayüllü
düşərgə formalaşdırıb.
İndi də onların vasitəsilə
ölkədə vətəndaş
qarşıdurmasını körükləyir. Bu qarşıdurmadan istifadə
edərək çirkin
məqsədlərinə çatmağa
çalışır.
Gürcü xalqı
öz milli-mənəvi
dəyələrinə, adət-ənənələrinə
hər zaman sadiq qalıb, hörmətlə yanaşıb.
Ancaq qrant dəllalları Qərbin diktəsi və maliyyəsi ilə Gürcüstan cəmiyyətinin
əsaslarını ifrat
sağçı düşüncə
sistemi ilə zədələyib. Bütün
çirkin işlər
isə demokratiya və insan hüquqları
kimi dəyərlərin
"çətir"i altında
aparılıb.
Hakim "Gürcü
Arzusu-Demokratik Gürcüstan"
Partiyasının deputatı
İrakli Kirtsxaliya ölkəsində
baş verən hadisələrdən danışarkən
qeyd edib ki, Gürcüstan hökumətinin Avropa İttifaqına (Aİ) qəbul
olması ilə bağlı danışıqların
başlanmasını 2028-ci ilə qədər dayandırmaq qərarı
ilə razılaşmayanların
etiraz dalğası, əslində, casusların
təşkil etdiyi dövlət çevrilişinə
cəhddir. Onun sözlərinə görə,
baş nazir İrakli Kobaxidze bu qərarın ölkənin Aİ-yə
inteqrasiyasının dayandırılması
demək olmadığını
izah etsə də, Prezident Salome Zurabişvili və müxalifət düşünülmüş şəkildə dezinformasiyalar
yayaraq insanları mitinqlərə dəvət
edir, iğtişaşlar
yaratmağa çalışırlar.
Gürcüstan hökumətinin
Avropa İttifaqına
daxil olmaqla bağlı danışıqları
2028-ci ilə qədər
dayandırmaq qərarı
çox məntiqlidir.
Tarixə nəzər
salanda görürük
ki, Gürcüstan hələ 1999-cu ildə Avropa İttifaqına üzvlüyə namizəd
statusu qazanmışdı.
Amma tarix göstərir ki, arxada qalan 25 il ərzində bu məsələ müsbət həllini tapmadı. Avropa İttifaqı hər dəfə bir bəhanə gətirərək
Gürcüstanın arzularını
reallaşdırmadı. Bütün
bunlar bir daha aydın şəkildə göstərdi
ki, Avropa İttifaqının Gürcüstanı
sıralarına qəbul
etmək fikri yoxdur. Sonuncu dəfə isə Aİ bəyan edib ki, Gürcüstanı ən yaxşı halda 2030-cu ildə quruma üzv qəbul edə bilər. Təbiidir ki, bu da
Qərbin növbəti
yalanıdır. Çünki
Gürcüstanın hazırkı
durumda Aİ-yə üzvlük məsələsi
mümkün deyil. Məlumdur ki, Gürcüstan ərazisinin
20 faizi işğal altındadır. Belə vəziyyətdə isə
heç bir təşkilat bu ölkəni sıralarına
qəbul etməz. Gürcüstan hökuməti
də Qərbin yalanlarına cavab olaraq 2028-ci ilə qədər bu mövzuda danışıqları
davam etdirməyi dayandırıb. Qərb isə onunla masa arxasına oturub danışmayan hökumətə "rəngli
inqilab"larla, qarşıdurmalarla,
mitinqlərlə cavab
verir. Belə çirkin əməllərdən
sonra Qərbin səmimiliyinə inanmaq avamlıqdan başqa bir şey deyil.
Hadisələrin gedişini
izlədikcə şahidi
oluruq ki, Qərb açıq şəkildə ona üz göstərməyən,
dediklərinə baş
əyməyən Gürcüstanın
üzərinə gedir.
Əvvəlcə bu ölkəyə qarşı
iqtisadi dəstəyi dayandırdı, siyasi rəhbərlərin Qərb
ölkələrinə gəlişinə
qadağa qoydu. Bir müddət sonra isə Aİ Gürcüstana 121 milyon avronun ayrılması qərarını ləğv
etdi. Aİ-nin xarici işlər və təhlükəsizlik
siyasəti üzrə
ali nümayəndəsi
Cozep Borel Brüsseldə keçirilən
mətbuat konfransında
bildirdi ki, Aİ Gürcüstan hökuməti
üçün ayrılmış
121 milyon avro vəsaiti başqa məqsədlərə yönəldəcək.
Bütün bunlara cavab olaraq isə
noyabrın 28-də baş
nazir İrakli Kobaxidze Gürcüstanın
2028-ci ilin sonuna qədər Aİ ilə danışıqları dondurduğunu
elan etdi. Bu da Qərbi
qəzəbləndirdi. İndi
Qərb qəzəbini
qonşu ölkədə
başlatdığı "rəngli inqilab"la, qarşıdurmalarla "soyutmağa"
çalışır.
Ümumiyyətlə, baş verən bu gərgin hadisələr göstərir
ki, ABŞ və Qərb postsovet ölkələrindən həmişə
çirkin məqsədlərinə
çatmaq üçün
siyasi alət kimi istifadə edib. Həmin ölkələrdə "rəngli
inqilab"lar edərək
sanki eksperimentlər keçiriblər. Təəssüflər
olsun ki, bu
çirkin siyasət yenə də səngimək bilmir. Biz bunu Gürcüstanda
baş verən qanlı hadisələrin fonunda bir daha
açıq şəkildə
görürük. Qərb
açıq-açığına gürcü xalqının
istəyinə, iradəsinə
zidd addımlar ataraq Gürcüstanda qarşıdurma yaradır,
insanları hökumət
əleyhinə mitinqə
çağırır. Çirkin
məqsədinə çatmaq
üçün bütün
vasitələrdən istifadə
edir. Amma bunlarla gürcü xalqının iradəsini
qırıb arzusuna çata bilməyəcək.
Müdrik gürcü
xalqı bu çətin anlarda təxribatçı çağırışlara
uymayacaq, öz hökumətinin, öz dövlətinin yanında
olacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
5 dekabr (№ 268).- S.5.