2025-ci ilin dövlət büdcəsi maliyyə təminatının gücləndirilməsinə xidmət edəcək

 

 

"2025-ci ilin  dövlət büdcəsi Azərbaycan iqtisadiyyatının inkişaf prioritetlərinə uyğun hazırlanmış sənəddir. Büdcə üç əsas istiqamət üzrə xərclərdə artımlar həyata keçirilməsi ilə reallaşdırılacaq".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, mövcud düzəni nəzərə alsaq, Qarabağ Şərqi Zəngəzur, xüsusən milli təhlükəsizlik müdafiə qabiliyyətinin gücləndirilməsi prioritetliyini daha da artırıb. Bu kontekstdən dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitin həcmində artımlar var. Büdcənin təxminən 20 faizi bu istiqamətə yönəldiləcək. Eyni zamanda Qarabağ Şərqi Zəngəzurun bərpası yenidən qurulması üçün 2025-ci ilin dövlət büdcəsindən

4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, bütövlükdə məskunlaşma prosesinin sürətlənməsinə imkan verəcək. Növbəti il işğaldan azad olunmuş ərazilərdə intensiv məskunlaşma ili kimi yadda qalacaq. Çünki məhz gələn il Ağdam şəhəri daxil olmaqla, bir sıra yaşayış məntəqələrində sürətli şəkildə köçürülmənin həyata keçirilməsi gözlənilir.

Deputat vurğulayıb ki, Qarabağ Şərqi Zəngəzurun bərpasına vəsaitlərin ayrılmasının davam etməsi nəticə etibarı ilə keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına daha tez qayıtmalarına imkan yaradacaq.

Ümumiyyətlə, indiyədək Qarabağ Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait ayrılıb. Vətən müharibəsindən başlayaraq 2025-ci ilin proqnoz ayırmaları da daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına yenidən qurulmasına 23 milyard manat yönəldilib. Bu, təbii ki Azərbaycanın maliyyə imkanlarını gücünü göstərən ciddi faktorlardan biridir. "Növbəti ildə sosial təminat tədbirlərinin gücləndirilməsi əsas istiqamətlərdəndir. Bu məqsədlə 16,9 milyard manat vəsaitin ayrılması planlaşdırılır. Bu, büdcə xərclərinin 41 faizi deməkdir. Ona görə 2025-ci ilin dövlət büdcəsi Azərbaycanda prioritet istiqamətlərə uyğun olaraq maliyyə təminatının daha da gücləndirilməsinə xidmət edəcək", - deyə V.Bayramov əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 5 dekabr (№ 268).- S.2.