Türkiyənin
sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu
Milli Məclisdə olub
Dekabrın 4-də Milli
Məclisin NATO Parlament
Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri
Ramid Namazov ölkəmizdə səfərdə
olan Türkiyənin sabiq xarici işlər
naziri, TBMM-in millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri
Mövlud Çavuşoğlu
ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ramid Namazov Mövlud
Çavuşoğlunun Türkiyənin
xarici işlər naziri kimi və
AŞPA-da fəaliyyət
dövrü də daxil olmaqla həmişə
Azərbaycana xüsusi
rəğbəti ilə
seçildiyini və bunun qarşılıqlı
olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki,
parlament nümayəndə
heyətlərimiz beynəlxalq
təşkilatlarda həmişə
uğurla əməkdaşlıq
edirlər. Ölkələrimiz
xoş günlərdə
də, dar günlərdə də daim bir-birinə dəstək olur, bütün taleyüklü
məsələlərdə bir-birinə arxalanır.
Mövlud Çavuşoğlu
Azərbaycanda parlament
seçkilərinin uğurla
keçirilməsi münasibətilə
təbriklərini çatdırıb.
Bildirib ki, ötən parlament seçkiləri Azərbaycanın
bütün suveren ərazisində keçirilmiş
ilk parlament seçkiləri kimi mühüm əhəmiyyətə
malikdir.
Söhbət zamanı NATO PA çərçivəsində əməkdaşlıq, gələcək planlar və görüləcək işlər, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılıb. Hər iki ölkənin nümayəndə heyətlərinin NATO PA-da bundan sonra da uğurla əməkdaşlıq edəcəyinə, qarşıya çıxan məsələlərin birlikdə öz həllini tapacağına inam ifadə olunub.
Azərbaycan.-2024.- 5 dekabr (№ 268).- S.3.