Qoqa Xaindrava: Son günlər Tbilisidə baş verənlər dövlət çevrilişinə cəhddir

 

 

Son günlər Tbilisidə baş verənlər dövlət çevrilişinə cəhddir. Əlbəttə ki, buradamüharibə partiyası”nın əlində alət olan bəzi Qərb dairələrinin, siyasətçilərinin əli var. Bu xarici güclər əslində hazırkı ABŞ administrasiyasının siyasətinin bir hissəsidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Qoqa Xaindrava söyləyib.

Onun sözlərinə görə, hazırda Tbilisidə baş verən hadisələrə ABŞ-ın Gürcüstandakı səfirliyi rəhbərlik edir. “Məsələyə siyasi tərəfdən baxsaq görərik ki, onlar burada dameydan hərəkatıyaratmağa çalışırlar. Amma onlar bizdə buna müvəffəq olmayacaqlar”, – deyə politoloq vurğulayıb.

O deyib: “Bu xarici qüvvələr o qədər özlərini aşağılayıblar ki, artıq onlar məktəb uşaqlarını belə aksiyalara cəlb etməyə çalışırlar. Təbii ki, buna aksiya demək olmaz. Siyasi aksiya hökumətdən nəsə tələb etmək deməkdir. Bu fonda isə heç baş vermir. Onlar müəyyən adamları öz ətrafında toplayır, xalqı polislə toqquşmağa təhrik edirlər. Təbii ki, bu hal əvvəlcədən düşünülmüş addımdır”.

Xaindrava bildirib ki, Gürcüstandakı siyasi vəziyyətə Baltikyanı ölkələr fəal müdaxilə edirlər. “Bu bizim üçün çox təəccüblüdür. Bizim bu ağır vəziyyətimizdə məhz bizə qarşı çox fəal iştirak edirlər. Avropa Şurasında Eston Qayaş var. Onun həyat yoldaşı milyonerdir onun biznesi Rusiya ilə bağlıdır. Belə olan halda xanımın hansısa demokratiyadan Qərb dəyərlərindən danışması sual doğurur”, - deyə o vurğulayıb.

Avropa Şurasının antidemokratik fəaliyyətinə toxunan siyasətçi deyib: “Avropa Şurası demək olar ki, bütövlüklə çürüyüb. Siz gördünüz ki, Fransa Azərbaycana qarşı necə hərəkət edirdi, necə bəyanatlar verirdi? Görün, burunlarını hara soxurlar. Biz bunları görürük. Avropa Şurasında 600 deputat səs verir. Amma inanın ki, onlar heç qətnamədə yazıldığını belə oxumurlar. Amma Azərbaycan neynədi? Öz gücünə tarixi ədaləti bərpa etdi. Hamıya sübut etdi ki, əsl demokratiya elə bizdədi. COP29 kimi böyük tarixi bir tədbiri keçirməklə öz sülhsevərliyini, ədalətlilik prinsipini uca tutduğunu dünyaya sübut etdi. Azərbaycana dişi batmayan həmin qüvvələr indi Gürcüstanı sınağa çəkiblər”.

Onun sözlərinə görə, elə bir gün yoxdur ki, ABŞ Gürcüstandan nəsə yazmasın: “Avropa Şurası isə gecə-gündüz Gürcüstan haqqında danışır. Sual edirəm, Gürcüstan necə ölkədir ki, Avropa Şurası, ABŞ, Bayden bütün günü bizdən danışır. istəyirsiniz bizdən?! Təbii ki, onlar bununla gürcülərin əzmini qırmaq, əymək istəyirlər. Amma unudurlar ki, onlar özləri çoxdan qırılıb, çürüyüblər. Onların pornoliberalizmi bütün Avropanıfəth edib”. ABŞ-dakı yeni seçkiləri pornoliberalizmə qarşı qiyam da adlandırmaq olar. ABŞ Trampı seçməklə faktiki olaraq Baydenin pornoliberalizminə qarşı çıxdı. Çökməkdə olanmüharibə partiyası”nın qalıqları isə son nəfəslərində belə öz çirkin niyyətlərindən əl çəkmirlər. Amma onlar heç nəyə nail ola bilməyəcəklər. Gürcü xalqı özü öz müqəddəratını müəyyən edib, müstəqilliyinə qovuşub, bundan sonra da öz müstəqilliyini qoruyub saxlayacaq, heç kimə boyun əyməyəcək”.

 

Azərbaycan.-2024.- 5 dekabr (¹ 268).- S.5.