Daha 48 şuşalı ailə arzusuna çatdı

 

 

Hazırda mədəniyyət paytaxtımızın min nəfərə yaxın sakini var

 

 

 

Ötən gün Şuşa növbəti sakinlərini qarşıladı. Bu dəfə Şuşa şəhərinə 48 ailə - 164 nəfər köçürüldü. Bununla da mədəniyyət paytaxtımıza qayıdan şuşalıların sayı 987 nəfərə (268 ailə) çatdı.

İşğaldan azad edilən bütün ərazilərimizdə olduğu kimi, Şuşada da qısa zaman müddətində aparılan hərtərəfli quruculuq bərpa işləri sayəsində artıq bu şəhərə , sözün əsl mənasında, yenidən can verilib.

Bu il mayın 10-da - Ulu Öndərin doğum günündə Şuşaya ilk qayıdan sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev vurğulamışdı ki, düşmən tapdağından qurtarılan ərazilərimizdə quruculuq zəfərləri, tarixi yurdlarımıza möhtəşəm qayıdış təntənəsi yaşanır: "Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax bu gün biz dirçəldilən Şuşanı görürük".

Böyük qayıdışı milli çağırışımız kimi müəyyənləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Şərqi Zəngəzurda misli görünməmiş tikinti-quruculuq işləri həyata keçirilir. "Ağıllı" kənd şəhərlər qurulur, tunellər, körpülər, yollar salınır, hava limanları tikilib istifadəyə verilir. Hərtərəfli infrastruktur qurulan bu ərazilərimizin əzəli sakinləri üçün layiqli həyat şəraiti yaradılır, onların məşğulluğu təmin edilir.

Eyni zamanda Qarabağın ürəyi Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Vətən müharibəsindən dərhal sonra quruculuq işlərinə start verilən qala şəhərimizə ilk olaraq Zəfər yolu çəkilib. İndi həmin yolla yeni çəkilən digər yollarla Şuşaya qayıdış karvanları yola salınır. Bu yollarla Azərbaycanın müxtəlif bölgələrindən mədəniyyət paytaxtımızı ziyarət etməyə gedən insanlarımız burada görülən misilsiz işlərə heyrətlə tamaşa edir, Şuşanın ruhunun özünə qaytarılmasından fəxr duyurlar.

Yeni müasir yaşayış binaları, mehmanxanalar tikilən Şuşanın tarixi abidələri  Heydər Əliyev Fondu tərəfindən müvəffəqiyyətlə bərpa edilir. Ötən müddətdə Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Aşağı Gövhər ağa, Saatlı, Mamayı məscidləri bərpa olunub. Mehmandarov məscidi Mehmandarovun evi bərpa edilib. Şirinsu hamamı əsaslı təmir edilib, Üzeyir bəy Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulub.

Bir sözlə, nümunə gətirdiyimiz sadalamadığımız digər çoxsaylı quruculuq bərpa işi göstərir ki, Şuşa tarixi şan-şöhrətinə qovuşur. Əzəli sakinləri onun qoynunda əbədi xoşbəxt həyata başlayırlar.

Ümumiyyətlə, Qayıdış proqramının uğurla həyata keçirilməsinin nəticəsidir ki, indiyədək 2415 ailə - 9303 nəfər doğma ocağına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 268 ailə (987 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 237 ailə (912 nəfər) Cəbrayıl şəhərində məskunlaşıb.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 5 dekabr (№ 268).- S.6.