İslam dünyasının "Gənclər paytaxtı" gəncləri yenidən bir araya gətirdi

 

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər nəticəsində azadlığına qovuşduqdan sonra bir-birindən maraqlı əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkan oldu. Bu baxımdan 2024-cü il Şuşa şəhərinin tarixində ən əlamətdar illərdən biridir.

Tariximizdə özünəməxsus yeri olan Şuşa bu il yalnız ənənəvi tədbirlərə evsahibliyi etmir.  Bu gözəl məkan islam dünyasının həm mədəniyyət paytaxtı, həm gənclər paytaxtıdır. Bununla bağlı Şuşada il boyu bir-birindən maraqlı yaddaqalan tədbirlər düzənləndi.

Dekabrın 2-də islam dünyasının "Gənclər paytaxtı" olan Şuşa şəhəri yenidən gəncləri bir araya gətirdi. Həmin gündən başlayaraq dekabrın 4-dək Şuşada 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı"nın tədbirləri təşkil olundu.

Qeyd edək ki, ötən il noyabrın 10-da İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "Gənclər paytaxtı 2024" Beynəlxalq Proqramına 10-cu ev sahibi seçildi. Həmin iclasda İƏT Gənclər Forumunun həyata keçirdiyi "Gənclər paytaxtı 2024" beynəlxalq proqramının seçim komissiyasının üzvləri bu qərarın lehinə yekdilliklə səs verdilər.

Dövlət başçısı İlham Əliyev aprelin 17-də Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzaladı. Əsas məqsədi dünya gənclərini bir araya gətirmək olan layihə çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtına - Şuşaya müxtəlif ölkələrdən gənclər gəldilər. Onlara bu tarixi şəhərin azad olunmasında misilsiz hünər göstərmiş həmyaşıdları barədə geniş məlumatlar verildi.

Dekabrın 2-də keçirilən islam dünyasının "Gənclər paytaxtı" olan Şuşa şəhərində beynəlxalq proqramı Gənclər İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdı. Beynəlxalq proqrama İƏT-ə üzv müşahidəçi ölkələrin 300-ə yaxın nümayəndəsi, habelə gənclər könüllülər qatıldılar. Tədbir çərçivəsində Şuşa şəhərində "Şuşa Beynəlxalq Gənclər Festivalı", "Şuşa yaradıcılıq emalatxanası", "İslam dünyası gənc klassik musiqi ifaçılarının Beynəlxalq Festival - Müsabiqəsi", "Yaradıcılıq marafonu", "Oyun texnologiyaları mövzusunda sammit-G-Hub", "SİNA - islam ölkələrinin gənc alimlərinin forumu", "İƏT ölkələrinin Gənclər Təşkilatlarının Forumu" təşkil olunması nəzərdə tutuldu.

Tədbir çərçivəsində Mədəniyyət Nazirliyinin təşkil etdiyi, əsas məqsədi gənclərdə innovativ yaradıcı yanaşma tərzini formalaşdırmaq olan "Yaradıcılıq marafonu" islam ölkələrindən olan gənc istedadları bir araya gətirdi. Layihə ayrı-ayrı yaradıcı sahələrdə birgə əməkdaşlıq innovativ məhsulların yaradılmasını təşviq edən platforma rolunu oynadı. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı rəhbər tutaraq təqdim olundu.

Dörd sahə - animasiya, dəb, film dizayn marafonunun əsas istiqamətləri olaraq müəyyən edildi. Marafonda təcrübəli mentorların rəhbərliyi ilə beynəlxalq yerli iştirakçılardan ibarət ümumilikdə 14 komanda 24 saat ərzində öz məhsullarını hazırladılar. Komandalar dekabrın 3-də münsiflər heyətinin qarşısında təqdimatlarla çıxış etdilər. Münsiflər heyətinin qiymətləndirməsindən sonra nəticələr açıqlandı. Qaliblər sırasında animasiya üzrə "Little Simurg", film üzrə "Last night", Dəb üzrə "Gothica" dizayn üzrə "Millenium" komandaları yer aldılar.

Dekabrın 3-də Şuşa şəhərində İslam Ölkələrinin Gənc Alimlərinin Forumu təşkil olundu. Forum çərçivəsində islam mədəniyyəti sivilizasiya, davamlı inkişaf, texnoloji yeniliklər "yaşıl gələcək" naminə, süni intellekt, beşinci sənaye inqilabı, islam elm təhsilinin əhəmiyyətli rolu mövzusunda müzakirələr keçirildi.

Şuşada islam dünyasının "Gənclər paytaxtı"nın bağlanış mərasimi dekabrın 4-də təşkil olundu. İslam Əməkdaşlıq Təşkilatının Beynəlxalq Proqramına yekun vuruldu. Beləliklə, Şuşa İslam Əməkdaşlıq Təşkilatının "Gənclər paytaxtı" missiyasını uğurla yerinə yetirdi.

İslam dünyasının "Gənclər paytaxtı" çərçivəsində il boyu Şuşada təşkil olunan bütün tədbirlərdə dünyaya vacib mesajlar ötürüldü. Şuşa şəhərinin müxtəlif ölkələrdən gələn gənc qonaqları həmçinin bu qəhrəman şəhər, ümumilikdə zəngin mədəniyyətə, şanlı tarixə malik olan Azərbaycan haqqında geniş məlumatlar əldə edə bildilər.

Qeyd edək ki, islam dünyasının "Gənclər paytaxtı" çərçivəsində keçirilən tədbirlər elm, mədəniyyət, incəsənət digər sahələrdə yeni əməkdaşlıqların qurulması baxımından da uğurlu oldu.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 5 dekabr (№ 268).- S.6.