Əsas vəzifəmiz

 

 

Qarabağ Şərqi Zəngəzuru dirçəltmək həmin əraziləri işğaldan azad etdiyimiz kimi müqəddəs borcumuzdur

 

 

 

Bəlkə   4 il əvvəl torpaqlarımız işğaldan azad ediləndə heç kəs inanmazdı ki, Qarabağda Şərqi Zəngəzurda qısa müddət ərzində həyat yenidən qaynayacaq, minlərlə soydaşımız büsbütün yenidən qurulan doğma yurda dönəcək. Amma  sürətlə aparılan bərpa quruculuq işləri, icra olunan misli görünməmiş layihələr yuxu kimi görünən bu arzunu reallığa çevirdi hər kəs əmin oldu ki, Böyük qayıdış proqramı quru kağız parçası yox, gerçəkliyə gedən yolun başlanğıcıdır.

Bu gün regionda aparılan nəhəng quruculuq işləri bir an belə dayanmır. Prezident İlham Əliyevin imzaladığı sərəncamların icrası çərçivəsində irimiqyaslı tikinti işləri həyata keçirilir, müasir infrastruktur qurulur. Hamı dərk edir ki, Qarabağ Şərqi Zəngəzurun dirçəldilməsi ölkənin birnömrəli vəzifəsidir. Dövlət başçısı VII çağırış Milli Məclisin ilk iclasındakı nitqində bu barədə demişdir ki, Qarabağ Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir. Prezident böyük Zəfərdən sonra görülmüş işlərin miqyasının çox geniş olduğunu qeyd edərək bildirmişdir: "İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur bu tunellərin uzunluğu 70 kilometrdir - yəni o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil - 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir üç il ərzində 270 meqavat gücündə su-elektrik stansiyaları istismara verilmişdir bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, - həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı xüsusilə indiki şəraitdə".

Amma görülən işlər təkcə bunlar da deyil. Ağdam "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları  tam gücü ilə fəaliyyətə başlayandan sonra Qarabağın Şərqi Zəngəzurun iqtisadi mərkəzi olacaqlar. Bu ərazilərdə yeni elektrik stansiyaları tikilir, özü ekoloji cəhətdən təmiz olan su-elektrik stansiyaları. Başa çatmasına sayılı günlər qalan bu ilin sonuna kimi Qarabağda Şərqi Zəngəzurda daha 12 stansiyanın istismara verilməsi nəzərdə tutulur. Baxmayaraq ki, regionun sərt, keçilməz iqlim və relyefi var, burada ümumi gücü 226 MVt olan 4 su elektrik stansiyasında elektrik avadanlıqlarının quraşdırılması və sazlama işləri bir gün belə təxirə salınmır.

Bundan başqa, regionda "ağıllı" kəndlər və şəhərlər salınır, bu zaman müasir  texnologiyalar tətbiq edilir, yeni infrastruktur qurulur. Bu məqsədlə Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də hər il artırılır. Həmin hesaba azad olunmuş ərazilərdə mədəni, tarixi irsimizin bərpası işləri də görülür. İndiyəcən ermənilər tərəfindən dağıdılmış 7 məscid yenidən qurulub, 8 məscidin isə inşası davam edir. Ağdamın Cümə, Qiyaslı və Şuşanın Yuxarı və Aşağı Gövhər ağa, Saatlı məscidləri artıq bərpa olunub. Paralel olaraq, dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin və Bülbülün ev-muzeyləri açılıb, heykəlləri qoyulub. Şuşada "Xarıbülbül" hoteli istifadəyə verilib, yeni mehmanxana və muzey mərkəzi tikilib.

Qısa müddətdə görülən bu işlər deməyə əsas verir ki, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması vaxtında təmin ediləcək. Buna kimsə şübhə etməsin. Prezident İlham Əliyev verdiyi hansı sözə əməl etməyib?! Üstəlik də regionda icra olunan layihə və proqramlara, çoxyönlü tədbirlərə dövlət başçısı özü rəhbərlik edirsə... Hər səfərində neçə-neçə sosial obyektin təməlini qoyması, açılışını etməsi bölgənin sürətlə dirçəldilməsindən xəbər vermirmi?!

Bu gün Qarabağ və Şərqi Zəngəzur investorlar üçün maraq mərkəzinə çevrilib. Aybaay deyil, günbəgün regiona sərmayə yatırmaq istəyən yerli və xarici iş adamlarının sayı artır. Bu da təsadüfi deyil. Hökumət Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaq istəyən sahibkarlar üçün sərfəli güzəştlər tətbiq edir, onlar üçün münbit şərait yaradır. Qalır bircə sərmayə qoyub iş görmək.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 5 dekabr (№ 268).- S.7.