Qazaxıstan teatrının direktoru: Şəki teatrını ölkəmizdə keçiriləcək beynəlxalq festivala dəvət etməyi düşünürük

 

Şəki teatrını əlamətdar yubiley münasibətilə təbrik edirəm. 145 illik fəaliyyətbu, həqiqətən çox qürurvericidir. Burada olmağımıza, festivalda iştirak etməyimizə çox sevinirik. Dəvətə yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə, təşkilatçı qurumlara, teatrın kollektivinə minnətdarlığımızı bildiririk.

Bu sözləri IV Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı, Qazaxıstan Respublikasının Şaxmet Kusaynov adına Atınlağı Vilayəti Qazax Musiqili Dram Teatrının direktoru Jaras Kaldarov Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

Azərbaycanda, eləcə Şəkidə ilk dəfə olduğunu diqqətə çatdıran qonaq deyib: “Biz bu festivalda görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin əsəri əsasında hazırladığımızGöytürklərtamaşasını təqdim edirik. Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, eyni zamanda, Türk dünyasının böyük oğludur. Bu əsəri tamaşaya qoymağı vaxtilə Qazaxıstanda Türk Akademiyasına rəhbərlik etmiş dostum məsləhət görüb. Çünki bu əsərdə övladlarımıza deyiləsi, çatdırılacaq çox dərin məna var. Bizim əcdadlarımız hələ neçə əsr əvvəl türk xalqlarının bir olmasını arzulayırdılar. Tamaşanın quruluşçu rejissoru Sultan Sraulov məhz bu ideyanı tamaşaçılara yeni baxışda çatdırmaq istəyib. Biz gələcək nəsillərə birliyimizi daima qoruyub saxlamağı tövsiyə etməliyik”.

Rəhbərlik etdiyi teatrın hələ gənc olduğunu, gələn il 30 yaşını qeyd edəcəklərini bildirən J.Kaldarov deyib: “Üç ildir ki, teatra rəhbərlik edirəm. Beynəlxalq teatr festivallarına tez-tez dəvət alırıq. Festivalın açılışında Şəki teatrının tamaşasını izlədik, çox xoşumuza gəldi. Gələn il Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalına böyük məmnuniyyətlə Şəki teatrını da dəvət etməyi düşünürük”.

Şəki şəhərinin gözəlliyinə valeh olduqlarını vurğulayan qonaq artıq Kiş kəndindəki qədim alban məbədini ziyarət etdiklərini, növbəti günlərdə Xan Sarayına Bəxtiyar Vahabzadənin ev muzeyinə baş çəkəcəklərini bildirib.

 

Azərbaycan.-2024.- 5 dekabr (¹ 268).- S.7.