“Azərbaycan
Atabəyləri” bədii-sənədli
filminin qala-premyerası
olub
Dekabrın 3-də Heydər
Əliyev Mərkəzində
“Azərbaycan Atabəyləri”
bədii-sənədli filminin
qala-premyerası olub.
Azərbaycan Televiziyası,
“Şahdağfilm”, Türkiyənin
“İkinciYeni Film”, “Patik
Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının
birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi,
eyni zamanda, Azərbaycan Respublikası
Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş
qismində yer alır.
AZƏRTAC xəbər verir ki, premyerada
rəsmi qonaqlar, filmin yaradıcı heyəti, incəsənət
xadimləri və digər şəxslər
iştirak ediblər.
Filmin təqdimatından
əvvəl "Ernet
Grup" prodakşnın
rəhbəri Eray Ucuzal AZƏRTAC-a açıqlamasında
"Azərbaycan Atabəyləri"
bədii-sənədli filminin
gələcəkdə serial
olaraq davam etdiriləcəyini, bu istiqamətdə hazırlıq
işlərinin görüldüyünü
bildirib. "Bu film Azərbaycan tarixini anladan gözəl bir layihə oldu. Azərbaycanla bağlı
daha böyük layihələrdə yer almağı düşünürük",
- deyə o qeyd edib.
"Azərbaycan Atabəyləri"
filminin baş rol ifaçısı, idman ustası, məşhur kikboksçu
Zabit Səmədov isə filmlə bağlı təəssüratlarını
bölüşərək, belə bir məsuliyyətli
rolu ifa etməkdən qürur duyduğunu bildirib. O, filmin qısa müddət ərzində
uğurla ərsəyə
gəldiyini qeyd edib.
Filmdə Zübeydə
Xatun rolunu ifa edən tanınmış
teleaparıcı Jalə
Həsənli filmin çəkilişləri zamanı
mövcud atmosferin insanı sanki həmin dövrlərə
apardığını bildirib.
O, özünün iştirak
etdiyi səhnələrin
rahat mühitdə çəkildiyini, lakin döyüş səhnələrinin
daha ağır və çətin olduğunu söyləyib.
J.Həsənli bu filmin ona peşəkar
şəxslərlə işləmək
imkanı verdiyini, bu rolu ifa
etməkdən qürur
duyduğunu diqqətə
çatdırıb.
Sonra “Azərbaycan
Atabəyləri” bədii-sənədli
filmi nümayiş olunub.
Film Orta əsrlərdə
yaşamış Türk
dünyasının iki
böyük tarixi şəxsiyyəti, cəsur
sərkərdələr - Qara
Sunqur və Atabəylər dövlətinin
qurucusu Şəmsəddin
Eldənizin hekayəsindən
bəhs edir.
Filmin quruluşçu
rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər
Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan
Kayadır. Prodüserlər
eyni ilə İlqar Mehti, Sərvər Bayramov və qardaş Türkiyədən “İkinciYeni
Fim”i təmsil
edən Furkan Bəsli, quruluşçu
rəssam isə Zəfər Malkoçdur.
Orta əsrlər
Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran
bədii-sənədli filmdə
dünyaşöhrətli döyüşçü
Zabit Səmədov Şəmsəddin Eldəniz
obrazını canlandırarkən,
İlqar Mehti isə Qara Sunqur
kimi ekrana çıxır.
Digər əsas
rollarda isə Xalq artisti Mehriban
Zəki (Möminə
Xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd
Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi),
Rəşad Kəsəmənli
(Sərkərdə), Hidayət
Əliyev (Sultan Məsud) və ölkəmizin digər dəyərli sənətçiləri
yer alır.
Filmdə 100-dən çox
aktyor epizodları canlandırıb, ümumilikdə
isə heyətdə
500 nəfərdən çox
insan çalışıb.
“Azərbaycan Atabəyləri”
bədii-sənədli filminin
nümayişindən sonra
çıxış edən
filmin ssenari müəllifi İlqar Mehti və quruluşçu
rejissoru Məcit Güvən filmin ərsəyə gəlməsi
barədə danışıb,
bu müddət ərzində qarşılaşdıqları
çətinliklərdən və maraqlı məqamlardan söz açıblar. Onlar filmdə xidmətləri olan hər kəsə
təşəkkür ediblər.
Film dekabrın 5-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.
Azərbaycan.-2024.- 5 dekabr (¹ 268).- S.11.