Qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəyik
Azərbaycan Uşaqlarının VI Ümumrespublika
Forumunun iştirakçılarına
Hörmətli Forum iştirakçıları!
Əziz uşaqlar!
Sizi Azərbaycan
Uşaqlarının VI Ümumrespublika
Forumunun öz işinə başlaması
münasibətilə səmimi-qəlbdən
salamlayır, hamınıza
cansağlığı və
xoşbəxtlik arzulayıram.
Uşaqlar cəmiyyətin
sabahıdır. Bizim üzərimizə düşən
əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək
bəxş etməkdir.
Ölkəmizdə uşaqlara
hərtərəfli qayğının
dövlət siyasətinin
tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu
istiqamətdə bir sıra mühüm işlər görülmüş
və görülməkdədir.
Uşaqlarımız yüksək
təhsil almaq, bacarıqlarını inkişaf
etdirmək və istedadlarını üzə
çıxara bilmək
üçün hər
cür imkana malikdirlər. Forumunuzun ənənəvi şəkil
alması da Azərbaycanda uşaq hüquqlarına diqqətin
bariz təzahürlərindəndir.
Builki Forum “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə
seçilir və övladlarımızın təhlükəsiz
ətraf mühitdə
yaşamaları baxımından
xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə
– BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
növbəti 29-cu sessiyasına
ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların
sağlamlığına təsiri,
uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri
geniş müzakirə
olundu. Çünki Yer üzündə bütün uşaqların
sağlam və təmiz dünyaya, yaşıl gələcəyə
ehtiyacı var və onlar buna
layiqdirlər.
Əziz iştirakçılar!
Siz müstəqillik
salnaməmizə şanlı
səhifələrin yazıldığı
günlərin şahidi
olan ən yeni nəsli burada təmsil edirsiniz. Sizin şəxsinizdə Azərbaycan
uşaqlarının hamısına
üz tutub deyirəm: xoşbəxtsiniz
ki, parlaq mədəniyyət yaratmış
qədim və böyük bir xalqın övladlarısınız.
Siz həm də gələcəyimizin
təminatısınız. Qüdrətli Azərbaycanı
məhz sizə əmanət edəcəyik.
Siz bizim üçün çox dəyərlisiniz.
İnanıram ki,
Forum çərçivəsində aparacağınız əhatəli
fikir mübadiləsi və qəbul edəcəyiniz qərarlar
uşaqlarla bağlı
dövlət siyasətimizin
bundan sonra da uğurla gerçəkləşdirilməsi işinə öz töhfəsini verəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 dekabr 2024-cü il
Azərbaycan.-2024.- 6 dekabr
(№ 269).- S.1.