Könüllülərimiz
Böyük qayıdış
prosesində də fəal iştirak edirlər
Azərbaycan könüllülərinin VII həmrəylik
forumunun iştirakçılarına
Sizi – Azərbaycan
könüllülərinin VII həmrəylik forumunun iştirakçılarını salamlayır və Beynəlxalq Könüllülər
Günü münasibətilə
təbrik edirəm.
Ümummilli Lider
Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin
90-cı illərindən ölkəmizdə
xüsusi vüsət
almağa başlamış
və milli-mənəvi
dəyərlərə bağlılığın,
Vətənə xidmətin
nümunəsinə çevrilmiş
könüllülük hərəkatı
Azərbaycan gənclərinin
vahid məqsəd ətrafında hazırkı
uğurlu fəaliyyətinin
təcəssümüdür. Dövlətimizin hərtərəfli
dəstəyi sayəsində
sıraları durmadan
genişlənən bu
hərəkat yüksəliş
yolu ilə irəliləyərək indiki
inkişaf səviyyəsinə
çatmış və
cəmiyyət həyatının
bütün sahələrinə
nüfuz etməyə
müvəffəq olmuşdur.
Forumunuzun “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində təşkili xüsusi əhəmiyyət kəsb
edir. Belə ki, əməli fəaliyyətlərində daim
xeyirxahlıq, fədakarlıq
və təmənnasız
yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər
tutan könüllülərimiz
təbiətin və ətraf mühitin qorunması istiqamətində
vətəndaşlar arasında
maarifləndirmə işinə
böyük töhfə
verirlər. Onlar ölkəmizdə dünyanın
ən irimiqyaslı və mühüm tədbirlərindən olan
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə
vəzifələrinin öhdəsindən
layiqincə gəldilər.
Dövlət suverenliyimizin
və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik
tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan
azad olunmuş ərazilərimizdə həyatın
sürətlə yenidən
canlandırılması üçün
misilsiz quruculuq işləri aparılmaqdadır.
Gənclər siyasətinin
başlıca prinsiplərinə
uyğun innovativ sosial təşəbbüsləri
ilə ölkəmizin
davamlı tərəqqisinə
xidmət göstərən
könüllülərimiz Böyük Qayıdış
prosesində də fəal iştirak edirlər.
İnanıram ki,
siz milli dövlətçiliyə dərin
sədaqəti bundan sonra da həyatınızın
amalı biləcək,
Vətənimizin qüdrətinin
artırılması naminə
bilik və bacarığınızı əsirgəməyəcəksiniz.
Hər birinizə gələcək işlərinizdə
nailiyyətlər arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 dekabr 2024-cü il
Azərbaycan.-2024.- 6 dekabr (№269 ).-
S.1.