Müstəqil, qətiyyətli ləyaqətli siyasət

 

Noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün məziyyətləri ilə yanaşı, həm Azərbaycanın müstəqil siyasət yürüdən bir dövlət olmasının təcəssümünə çevrildi.  Məhz bu tədbirin fonunda bir daha təsdiq olundu ki, Azərbaycan öz yolu qətiyyətli siyasəti olan dövlətdir.

 

 

Dövlətin ona rəhbərlik edən şəxsin nüfuzunu müəyyən edən meyar

 

 

Müstəqil siyasət dövlətin beynəlxalq münasibətlər sistemindəki mövqelərini, qlobal məsələlərdə iştirak səviyyəsini müəyyən edən mühüm palitoloji amildir. Bu baxımdan müstəqil siyasət həm dövlətin imicini, ona rəhbərlik edən şəxsin nüfuzunu müəyyən edən meyar hesab olunur. Amma müstəqil siyasət hər dövlətin işi deyil. Hər dövlətə müstəqil siyasət yürütmək nəsib olmur. Məsələyə bu müstəvidən yanaşanda aydın olur ki, müstəqil dövlətə sahib olmaq heç müstəqil siyasətin həyata keçirilməsini təmin etmək demək deyil.

Dünyada çoxlu müstəqil, lakin müstəqil siyasət yürüdə bilməyən dövlət nümunəsi göstərmək olar. Çox uzağa getmədən, Ermənistanın timsalında bu nümunəni görmək mümkündür. Cənubi Qafqazda xarici güclərin sayəsində yaradılan bu ölkə müstəqil olsa da,  heç vaxt öz siyasəti olmayıb. Hansısa xarici dairələrdən aldığı təlimatlar, göstərişlər direktivlər əsasında siyasi kurs götürüb.

Hazırda Ermənistanın Fransanın Qərbin digər siyasi mərkəzlərinin təsiri altında olduğu dünyaya agahdır. Əgər bu gün baş nazir N.Paşinyan sorosçuların göstərişlərini yerinə yetirməsə, onu bir gün belə vəzifədə saxlamazlar.

 Elə buna görə Ermənistan qlobal siyasi müstəvidə ehtiramla qarşılanan dövlət deyil. Ermənistanın hətta daxili müstəqil siyasəti belə yoxdur, iqtisadiyyatının aparıcı sahələri xarici nəzarət altındadır.

İlham ƏLİYEV: "Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik getməyəcəyik"

Olduqca qürurvericidir ki, Azərbaycanın yürütdüyü siyasət tam müstəqildir. Heydər Əliyevin müəyyən etdiyi, Prezident İlham Əliyevin yeni keyfiyyət mərhələsinə yüksəltdiyi bu siyasət məzmun etibarilə dövlətimizin xalqımızın milli maraqlarını qətiyyətlə təmin edir. Azərbaycanın indiyə qədər nail olduğu bir sıra nailiyyətlərə nəzər yetirməklə bu siyasətin həqiqətən müstəqil olduğunu görmək mümkündür.

Məsələn, respublikamızın hələ ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən bu gün yeni layihələrlə zənginləşdirilən enerji strategiyası ilk növbədə müstəqil siyasətin tərənnümçüsüdür. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan dövləti təbii sərvətləri olan neft qazı tamamilə özünün maraqları çərçivəsində hasil edir, ixracını həyata keçirir. Eyni zamanda bu müstəqil siyasətin daha bir göstəricisi Xəzərdən çıxarılan neft qazın tarixdə ilk dəfə olaraq alternativ marşrutlarla dünya bazarlarına çıxarılmasıdır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi, daha sonra ərazilərində erməni separatizminə son qoyması Prezident İlham Əliyevin müstəqil qətiyyətli siyasətinin nəticəsidir. Məhz bu siyasət Fransanın Qərbin digər siyasi mərkəzlərinin bütün təhdid təzyiqlərini qətiyyətlə dəf etdi, onları iflasa uğratdı. Onu da qeyd edək ki, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi  müasir müstəqillik tariximizin ən böyük, ən əlamətdar hadisəsi olmaqla yanaşı, Azərbaycanın regionda dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi.

Prezident İlham Əliyev çıxışlarının birində Azərbaycanın həyata keçirdiyi siyasətlə bağlı deyib: "Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir".

Bəli, Azərbaycan dövləti heç vaxt öz siyasətini hansısa dövlətlərin siyasətinə uyğunlaşdırmayıb, hər bir məsələdə öz milli maraqlarına cavab verən qətiyyətli mövqe ortaya qoyub. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasi amillərdən biri məhz budur. Müstəqilliyinin ilk illərində siyasi iqtisadi böhranlar içərisində olan Azərbaycan indi yerləşdiyi coğrafi regionun lideridir. Bu gün Azərbaycan İlham Əliyevin liderliyi ilə qlobal səviyyədə söz sahibi olan dövlət kimi çıxış edir, beynəlxalq aktuallıq kəsb edən problemlərin yoluna qoyulmasına töhfələr verir.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.-  6 dekabr (№269 ).- S.10.