Ə.Q.Məmmədyarovun
Azərbaycan Respublikası
Mərkəzi Bankı
sədrinin birinci müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Mərkəzi Bankı
haqqında" Azərbaycan
Respublikası Qanununun
21.7-ci maddəsinə uyğun
olaraq qərara alıram:
Əliyar Qəhrəman
oğlu Məmmədyarov
Azərbaycan Respublikası
Mərkəzi Bankı
sədrinin birinci müavini təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 dekabr 2024-cü il
Azərbaycan.-2024.-
6 dekabr (№ 269).- S.2.