Qanunsuz müsadirə edilmiş əmlakların geri qaytarılması həm barışıq etimad mühitinin qurulması üçün zəruri şərtdir

 

Bakıda keçirilənQayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsiadlı II beynəlxalq konfrans çərçivəsində "Ədalət, insan təhlükəsizliyi əmlakın geri qaytarılması" mövzusunda panel sessiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Rizvan Nəbiyevin moderatorluğu ilə keçirilən paneldə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bu gün Bakıda ədaləti bərqərar etmək, insan haqlarını qorumaq tarixi məsuliyyəti yerinə yetirmək məqsədilə bir araya gəldiklərini bildirib. O, təəssüf hissi ilə qeyd edib ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı öz torpaqlarından qohumlarının məzarlarının yerləşdiyi ərazilərdən ermənilər tərəfindən zorla deportasiya edilib, böyük əzab çətinliklər yaşayıblar.

"Azərbaycan bu gün ərazi bütövlüyünə nail olub. Biz Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq. Azərbaycan Ermənistan arasında sülh danışıqları davam edir. Azərbaycan torpaqlarını tam azad edib. Reallığa baxdıqda bugünkü Ermənistan ərazisinin böyük bir hissəsi tarixən Azərbaycan torpağı olub. Ancaq Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan sadəcə sülh sabitlik istəyir", - deyə Ş.Ayrım diqqətə çatdırıb.

Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn İşıksal, İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri Ərşad Əl-Salihi, Bolqarıstan Elmlər Akademiyasının Balkan Araşdırmaları İnstitutunun hüquq, beynəlxalq hüquq beynəlxalq münasibətlər üzrə professoru, hüquq üzrə elmlər doktoru xanım Nadia Boyacıyeva Harvard Universitetinin Rusiya Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Soyuq Müharibə Araşdırmaları Proqramının rəhbəri Mark Natan Kramer insan hüquqlarının qorunması, ədalətin təmin edilməsi münaqişələrdən zərər çəkmiş insanların, xüsusilə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların hüquqlarının bərpası məsələlərini müzakirə ediblər.

Qeyd olunub ki, məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz ləyaqətli şəkildə geri qayıtmaq hüququ beynəlxalq hüquq prinsiplərinə əsaslanır bu hüququn təmin edilməsi bölgədə davamlı sülh sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Sessiya iştirakçıları münaqişə nəticəsində zərər görmüş insanların mülkiyyət hüquqlarının bərpası məsələsini diqqət yetiriblər. Bildirilib ki, qanunsuz olaraq müsadirə edilmiş əmlakların geri qaytarılması yalnız fərdi ədalətin deyil, həm münaqişə sonrası barışıq etimad mühitinin qurulması üçün zəruri şərtdir.

Çıxış edənlər beynəlxalq ictimaiyyəti beynəlxalq təşkilatları bu məsələyə daha həssas yanaşmağa çağırıb. Vurğulayıblar ki, məcburi köçkünlərin hüquqlarının təmin edilməsi əmlak məsələlərinin həlli üzrə konkret addımların atılması yalnız hüquqi deyil, həm humanitar məsələdir.

İştirakçılar insan təhlükəsizliyi, mülkiyyət hüquqları ədalət prinsiplərinin tətbiqi ilə bağlı bir sıra tövsiyələr irəli sürərək, münaqişədən təsirlənən bütün tərəflərin hüquqlarının bərpasına yönəlmiş səylərin gücləndirilməsi zərurətini qeyd ediblər.

Sessiya müzakirələrlə davam edib.

 

Azərbaycan.-2024.- 6 dekabr (№ 269).- S.4.