Bakıda
Ermənistandan zorla çıxarılmış azərbaycanlıların
geri qayıtmasının
hüquqi əsasları
mövzusunda panel sessiyası keçirilib
Qərbi Azərbaycan
İcmasının təşkil
etdiyi “Qayıdış
hüququ: Ermənistandan
zorla çıxarılmış
azərbaycanlılar üçün
ədalətin təmin
edilməsi” adlı II
beynəlxalq konfrans çərçivəsində “Ermənistandan zorla çıxarılmış azərbaycanlıların
geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış”
mövzusunda panel sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli
Məclisin deputatı
Fariz İsmayılzadənin
moderatorluğu ilə
keçirilən paneldə
çıxış edən
Pakistanın Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt Qərbi azərbaycanlıların öz
torpaqlarından didərgin
salınmasının açıq-aşkar
insan hüquqlarının
pozulması olduğunu
diqqətə çatdırıb.
O bildirib ki, bu məsələlərlə
bağlı beynəlxalq
komissiya yaradılmalıdır:
"Komissiyanın yaradılması
insanların kollektiv yaddaşının saxlanılması
üçün mühüm
rol oynaya bilər. Eyni zamanda, biz deportasiya
proqramları da yaratmalıyıq. Bununla da insanlara kömək
edilməlidir ki, öz ata-baba yurdlarına qayıda bilsinlər”.
Almaniyanın Frankfurt Universitetinin müəllimi
Mixael Raynhard Hess çıxışında
müəyyən dövrlərdə
minlərlə azərbaycanlının
qanunsuz şəkildə
öz yurdlarından qovulduğunu deyib. Vurğulayıb ki, Ermənistanın qeyri-rəsmi
təşkilatları və
rəsmi dövlət
strukturları bu prosesdə iştirak ediblər. Azərbaycanlılara
qarşı XX əsrdə
ciddi şəkildə
zorakı deportasiya siyasəti tətbiq olunub.
Paneldə digər
çıxış edənlər
Gürcüstanın Suxumi
Dövlət Universitetinin
professoru, politoloq, tarixçi Quram Marxuliya və ABŞ-ın Qrinsboro Universitetinin Sülh və Münaqişələrin
Tədqiqatları Departamentinin
professoru Əli Əsgərov azərbaycanlıların
tarixi Azərbaycan ərazisindən qovulduğunu
və yerlərinə
ermənilərin yerləşdirildiyini
deyiblər.
Qeyd edək ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış
azərbaycanlılar üçün
ədalətin təmin
edilməsi” adlı II
beynəlxalq konfransda
51 ölkədən 100-dən çox nümayəndə
iştirak edir.
Konfrans iki gün davam edəcək.
Azərbaycan.-2024.- 6 dekabr
(¹ 269).- S.4.