YAP Mərkəzi
Aparatında müşavirə
keçirilib
Azərbaycan Respublikasında
2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkiləri
ilə əlaqədar
dekabrın 5-də Yeni
Azərbaycan Partiyasının
(YAP) Mərkəzi Aparatında
yerli seçki qərargahları sədrlərinin
iştirakı ilə
müşavirə keçirilib.
Müşavirədə YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərin vaxtında və mütəşəkkil həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi diqqətə çatdırılaraq qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələr verilib.
Azərbaycan.-2024.- 6 dekabr (№ 269).- S.5.