YAP və
AK Parti sədrlərinin
müavinləri arasında
görüş keçirilib
Qərbi Azərbaycan
İcmasının təşkilatçılığı ilə
“Qayıdış hüququ: Ermənistandan zorla
çıxarılan azərbaycanlılar üçün ədalətin
təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq
konfransda iştirak etmək məqsədilə Azərbaycana səfərə
gələn Türkiyənin hakim Ədalət və
İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr
üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin
(TBMM) üzvü Zafer Sırakayanın rəhbərlik etdiyi
nümayəndə heyəti ilə dekabrın 5-də Yeni Azərbaycan
Partiyasının (YAP) Mərkəzi Aparatında
görüş keçirilib.
AZƏRTAC xəbər
verir ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əsrlərin sınağından şərəflə
çıxan Azərbaycan-Türkiyə
münasibətlərinin bu
gün dünyada nümunəvi xarakter daşıdığını qeyd edib. O, ortaq
milli-mənəvi dəyərlər
və köklü tarixi ənənələr
üzərində təşəkkül
tapmış, “bir millət, iki dövlət” prinsipinə,
dostluğa və qardaşlığa əsaslanan
ölkələrarası əlaqələrin
dövlət başçılarının
iradələri əsasında
keyfiyyətcə yeni mərhələyə yüksələrək
uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin daha
geniş coğrafiyada,
o cümlədən Türk
dünyasında dayanıqlı
təhlükəsizliyə və çoxşaxəli
əməkdaşlığa xidmət etdiyini söyləyən YAP Sədrinin
müavini diqqətə
çatdırıb ki,
Türk Dövlətləri
Təşkilatının müasir
beynəlxalq münasibətlər
sistemində rolunun artırılması və
mövqeyinin möhkəmləndirilməsi
mühüm strateji hədəf kimi hər iki ölkə
üçün prioritetdir.
YAP Sədrinin müavini
"Qayıdış hüququ:
Ermənistandan zorla çıxarılan azərbaycanlılar
üçün ədalətin
təmin edilməsi” mövzusunda keçirilən
ikinci beynəlxalq konfransın önəminə
diqqəti cəlb edərək bildirib ki, soydaşlarımızın
öz ata-baba torpaqlarından zorla çıxarılması beynəlxalq
hüquq normalarının
kobudcasına pozulmasıdır.
O, həmvətənlərimizin Qərbi Azərbaycana qayıdışı məsələsinin
bütün Türk dünyası üçün
aktual və önəmli olduğunu söyləyib, qardaş ölkənin mənəvi-siyasi
dəstəyinə görə
minnətdarlığını ifadə edib.
“Yeni çağırışlar
müasir beynəlxalq
münasibətlər sisteminin
nüfuzlu dövlətləri
olan Azərbaycan ilə Türkiyəni daha güclü olmağa vadar edir. Bu prosesdə
YAP ilə AK Partinin də üzərinə mühüm vəzifələr
düşür. Qardaş
ölkələrin hakim
siyasi partiyaları kimi məqsədyönlü
fəaliyyətimizi ardıcıl
şəkildə davam
etdirməklə bütün
hədəflərimizi inamla
reallaşdıracağımıza heç bir şübhə yoxdur”, - deyə YAP Sədrinin müavini əlavə edib.
AK Parti Sədrinin
Xarici əlaqələr
üzrə müavini,
TBMM-in üzvü Zafer Sırakaya Azərbaycanda olmaqdan məmnunluğunu ifadə
edərək yüksək
qonaqpərvərliyə görə
təşəkkürünü bildirib. O, Azərbaycan ilə Türkiyənin dost və qardaş
ölkələr kimi
daim bir-birinin yanında olduğunu, strateji müttəfiqlik münasibətlərindən irəli
gələrək çoxşaxəli
işbirliyini dərinləşdirdiyini
qeyd edib.
Azərbaycanın öz
ərazi bütövlüyü
və suverenliyini bərpa etməsini tarixi nailiyyət kimi xarakterizə edən Zafer Sırakaya hazırkı geostrateji reallıqların
yeni çağırışlar
yaratdığını və
ölkələrimizin birgə
təşəbbüsləri ilə görülən işlər nəticəsində
milli maraqlarımızın
uğurla təmin edildiyini vurğulayıb.
O, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış
azərbaycanlılar üçün
ədalətin təmin
edilməsi” mövzusunda
keçirilən ikinci
beynəlxalq konfransın
önəminə diqqəti
cəlb edərək Qərbi azərbaycanlıların
öz tarixi torpaqlarına qayıdışı
məsələsinin beynəlxalq
hüququn təməl
prinsiplərinə əsaslandığını
bildirib. Zafer Sırakaya 51 ölkədən
100-dən çox nümayəndənin
iştirak etdiyi beynəlxalq konfransın tarixi həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması üçün çox önəmli platforma olduğunu bildirib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq
Qrupunun sədri Şamil Ayrım isə iki qardaş
ölkə arasında
münasibətlərin yüksələn
xətt üzrə inkişafının böyük
məmnunluq doğurduğunu
qeyd edib. O, Azərbaycan və Türkiyənin regionda sülh, sabitlik və inkişaf tərəfdarı olduğunu
vurğulayıb.
Azərbaycanın beynəlxalq
müstəvidə təşəbbüslərinin
təqdirəlayiq olduğunu
bildirən Şamil Ayrım ölkəmizin
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası - COP29-a uğurla
ev sahibliyi etdiyini xüsusi vurğulayıb. O, COP29 çərçivəsində
qəbul olunan qərarların əhəmiyyətinə
nəzər salaraq bu prosesi Azərbaycanın
qlobal iqlim dəyişikliyinin fəsadlarına
qarşı mübarizəyə
müstəsna töhfəsi
kimi dəyərləndirib.
Şamil Ayrım
qeyd edib ki, Ermənistandan zorla çıxarılmış
azərbaycanlıların qayıdışı
məsələsi beynəlxalq
hüququn tələbi
kimi dünya ictimaiyyətinin xüsusi diqqət mərkəzində
olmalıdır: “Paytaxt
Bakıda qayıdış
hüququ ilə əlaqədar keçirilən
beynəlxalq konfrans tarixi faktların və mövcud reallıqların dünyaya
çatdırılması, Azərbaycanın ədalətli
mövqeyinin dəstəklənməsi
baxımından olduqca
mühüm əhəmiyyətə
malikdir”, - deyə o əlavə edib.
AK Parti Xarici Əlaqələr Departamentinin Sədr müavini İbrahim Halil Korkmaz, Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygör və TBMM-in protokol əməkdaşı Türker Yenerin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycan.-2024.- 6 dekabr (¹ 269).- S.5.