Beynəlxalq
ictimaiyyət zorla yurdlarından çıxarılmış
azərbaycanlıların geri
qayıtmaq hüququnun
təmin olunması məsələsinə həssas
yanaşmalıdır
Dekabrın 5-də Qərbi
Azərbaycan İcmasının
təşkil etdiyi “Qayıdış hüququ:
Ermənistandan zorla çıxarılmış azərbaycanlılar
üçün ədalətin
təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində
“Münaqişələrdən təsirlənən regionlarda
barışıq və
sülh quruculuğu səyləri” mövzusunda
panel sessiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, panel
Qərbi Azərbaycan İcmasının üzvü,
Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu
ilə keçirilib.
Paneldə çıxış
edən Pakistan İslam Respublikası Milli Assambleyasının üzvü Ammar Əhməd Xan Leqari, Madrid Muxtar Universitetinin İqtisadi İdarəetmə
Məktəbinin Elmi Məsləhət Komitəsinin
üzvü Uriarte Sançes Karlos, ADA Universitetində İnkişaf
və Diplomatiya İnstitutunun nümayəndəsi
Damyan Krnjeviç-Mişkoviç,
Böyük Britaniyada
“Sülhpərvər planet”
qeyri-hökumət təşkilatının
təsisçisi Lord Arnold Dunkan MakNeir
və Amerika Dini Azadlıq Mərkəzinin baş direktoru Cannah Skott mövzu ətrafında fikir mübadiləsi aparıb,
barışıq və
sülh quruculuğu proseslərinin əhəmiyyətini
vurğulayıblar.
Bildirilib ki, azərbaycanlılar və
ermənilər sülh
şəraitində yaşamalıdırlar.
Belə ki, regionda sülhü bərqərar etmək çox mühüm məsələdir. Beynəlxalq
ictimaiyyət zorla öz yurdlarından çıxarılmış azərbaycanlıların
geri qayıtmaq hüququnun təmin olunması məsələsinə
daha həssas yanaşmalı, regionda davamlı sülhün qurulması üçün
bu hüququn həyata keçirilməsinə
dəstək verməlidir.
Müzakirələr zamanı sülh quruculuğunun yalnız ədalətin bərpası
şəraitində mümkün
olduğu, zorla didərgin salınmış
insanların hüquqlarının
tanınmasının isə
bu prosesin əsas komponentlərindən
biri olduğu bildirilib. Panel iştirakçıları münaqişələrdən
təsirlənən regionlarda
davamlı sülhün
bərqərar olunması
üçün beynəlxalq
səylərin gücləndirilməsinin
əhəmiyyətini xüsusilə
vurğulayıblar.
Çıxışçılar
Bakıda keçirilən
COP29 konfransına toxunaraq
iqlim dəyişikliyi,
ətraf mühitin qorunması istiqamətində
keçirilən tədbirlər
sırasında dünyada
insan hüquqları barədə konfransların
da təşkilinin əhəmiyyətindən bəhs
ediblər. Həmçinin
qeyd edilib ki, azərbaycanlıların
etnik təmizləməyə
məruz qalması səbəbindən Ermənistanda
yaşayan azərbaycanlıların
əmlak hüquqları
da müzakirə mövzusudur.
Paneldə çıxışlar zamanı Ermənistanın nüvə elektrik stansiyasından istifadə etdiyini və bununla da nüvə materiallarının sızması təhlükəsi yarandığı qeyd olunub. Bildirilib ki, bu, nəinki Ermənistana, həm də Azərbaycana və qonşu ölkələrə təsir edir. Odur ki, heç kimin havanı çirkləndirmək hüquqi yoxdur.
Azərbaycan.-2024.- 6 dekabr (¹ 269).- S.6.