Beynəlxalq
vəkillik və diplomatiya yurdlarından zorla didərgin düşmüş insanların
hüquqlarının bərpasında
mühüm rol oynayır
Dekabrın 5-də Qərbi
Azərbaycan İcmasının
təşkil etdiyi “Qayıdış hüququ:
Ermənistandan zorla çıxarılmış azərbaycanlılar
üçün ədalətin
təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində
“Beynəlxalq vəkillik
və diplomatiyanın
rolu” mövzusunda panel sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiya
Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
şöbə müdiri
Cavid Vəliyevin moderatorluğu ilə keçib.
Tədbirdə Türkiyə
Böyük Millət
Məclisinin üzvü,
Ədalət və İnkişaf Partiyasının
sədr müavini Zəfər Sırakaya çıxış edərək
bildirib ki, Qərbi azərbaycanlıların
öz yurdlarına qayıdışının təmin
edilməsi Cənubi Qafqazda sülh və sabitliyə töhfə verəcək.
Onun sözlərinə
görə, 30 il sonra Azərbaycan özü ədaləti bərqərar etmək məcburiyyətində qaldı
və torpaqlarını
işğaldan azad etdi. Bu gün
həmin ərazilərdə
geniş bərpa-quruculuq
işləri həyata
keçirilir. Azərbaycanlılar
artıq öz torpaqlarına qayıdırlar.
O, Cənubi Qafqazın
rifaha qovuşacağına
inamını ifadə
edib, Türkiyənin sülh danışıqları
prosesinə dəstəyini
göstərməyə davam
edəcəyini diqqətə
çatdırıb.
Digər çıxış
edənlər - Böyük
Britaniyada “Economyfirst
Limited London” şirkətinin direktoru, jurnalist Klaus-Peter Ralf Jurgens, Brüssel Enerji Klubunun nümayəndəsi Marat Terterov, İspaniyanın Deusto Universitetinin professoru Susana Manqana və Xorvatiyada İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun
aparıcı eksperti Krsevan Antun Duymoviç
beynəlxalq hüquq normalarının qorunması
və onların effektiv tətbiqinin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, beynəlxalq vəkillik və diplomatiya münaqişə
sonrası cəmiyyətlərin
yenidən qurulması,
yurdlarından zorla didərgin düşmüş
insanların hüquqlarının
bərpası və regionda davamlı sülhün təmin olunmasında mühüm rol oynayır. Azərbaycan 30 il sonra öz torpaqlarını
işğaldan azad edib, qələbə qazanıb. Beynəlxalq ictimaiyyət də Cənubi Qafqazda baş verənləri diqqətlə izləməlidir.
Ona görə ki, zaman ötdükcə
əhalinin geri dönüş prosesi ləngiyir. Bu səbəbdən proses sürətləndirilməlidir.
Çıxış edənlər beynəlxalq
hüquq çərçivəsində
ədalətin bərpasının
regionda uzunmüddətli
sabitlik və barışıq üçün
əsas şərt olduğunu vurğulayıblar.
İştirakçılar, həmçinin Bakının COP29-a uğurla ev sahibliyi etməsindən danışıb və bu mühüm tədbirin nəticələrinə toxunublar.
Azərbaycan.-2024.- 6 dekabr (¹ 269).- S.6.