“Ermənistandan
zorla çıxarılmış
azərbaycanlılar üçün
ədalətin təmin
edilməsi” mövzusunda
II beynəlxalq konfransın
ilk günü başa çatıb
Qərbi Azərbaycan
İcmasının təşkilatçılığı
ilə “Qayıdış
hüququ: Ermənistandan
zorla çıxarılmış
azərbaycanlılar üçün
ədalətin təmin
edilməsi” mövzusunda
keçirilən II beynəlxalq
konfransın ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, 51 ölkədən
100-dən çox xarici
qonağın, yerli rəsmilərin iştirak
etdiyi konfransda müxtəlif panel sessiyaları keçirilib.
“Ermənistandan zorla
çıxarılmış azərbaycanlıların geri
qayıtmaq hüququnun
tarixi və hüquqi əsaslarına baxış”, “Münaqişələrdən
təsirlənən regionlarda
barışıq və
sülh quruculuğu səyləri”, “Beynəlxalq
vəkillik və diplomatiyanın rolu”, “Ədalət, insan təhlükəsizliyi və
əmlakın geri qaytarılması”, “Mədəni
irsin qorunması və bərpası” adlı panel sessiyalarında qonaqlar mühüm müzakirələr
aparıblar.
Konfransın ilk
gününün bağlanış
mərasimində çıxış
edən Avrasiya Araşdırmaları Mərkəzinin
aparıcı tədqiqatçısı
Jakub Voytsex Koreyba bildirib ki, dünyanı yaşamaq üçün
daha yaxşı məkana çevirmək lazımdır. O qeyd edib ki, insanların
yaşadıqları ərazidən
zorla qovulması heç bir halda qəbul edilməməlidir. Qayıdış
hüququ beynəlxalq
hüquqda təsbit edilib. Məhz ona görə də biz hüququ
bərqərar etmək
üçün müvafiq
hüquqi alətlər
yaratmışıq.
“Ermənistan Qərbi
azərbaycanlıların torpaqlarına
qayıtmaq hüququnun
icrasına imkan vermir. Ermənistan hökuməti müsadirə
etdiyi və ələ keçirdiyi əmlakı qaytarmalı,
yaxud təminatını
ödəməlidir. Qayda
belədir. İnsanlar
dədə-torpaqlarına qayıtmalıdırlar.
Vaxtilə sahib olduqları əmlaka yiyələnməlidirlər. Biz
Azərbaycan irsinin Ermənistan tərəfindən
məhv edildiyini müşahidə etmişik.
Bu, Azərbaycanın və Qərbi azərbaycanlıların irsinin
pozulması deməkdir",
- deyə o vurğulayıb.
Qərbi Azərbaycan
İcması Ağsaqqallar
Şurasının sədri
akademik Əhliman Əmiraslanov çıxışında
bugünkü tədbirdə
Ermənistandan azərbaycanlıların
zorla çıxarılmasının
tarixindən danışıb,
qayıdışın hüquqi
əsasları və humanitar məsələlərin
geniş müzakirə
edildiyini bildirib.
“Qərbi Azərbaycan
İcması olaraq, bu platformanı hər il davam
etdirmək, bu mövzu ətrafında daha geniş elmi, hüquqi və ictimai müzakirələri təşviq
etmək niyyətindəyik.
Konfrans materiallarını
nəşr etməklə,
bu məlumatların daha geniş auditoriyaya çatdırılmasını
təmin etməyi planlaşdırırıq. Bu
işdə hər birinizin biliyi, təcrübəsi və dəstəyi bizim üçün çox qiymətlidir. Prezident İlham Əliyevə haqq işimizə verdiyi dəyərli dəstəyinə və bu mühüm konfransın həyata keçirilməsinə göstərdiyi
diqqət və qayğıya görə dərin minnətdarlığımızı
ifadə edirik. Prezident İlham Əliyevin beynəlxalq hüququ həmişə
uca tutması bizim haqq işimizlə
yanaşı, ümumiyyətlə
beynəlxalq münasibətlərin
ədalət prinsipləri
əsasında təşəkkül
tapmasına böyük
töhfə verir",
- deyə Ə.Əmiraslanov
vurğulayıb.
Qeyd edək ki, konfrans dekabrın 6-dək davam edəcək. Sabah qonaqlar Bakı ilə tanış olacaq, həmçinin beynəlxalq konfransın mədəni hissəsi keçiriləcək. Zirədəki Ekoparkda tədbir iştirakçıları ilə birgə ağacəkmə aksiyasının keçirilməsi də nəzərdə tutulur.
Azərbaycan.-2024.- 6 dekabr (¹ 269).- S.6.