Maltanın
UNESCO üzrə Milli
Komissiyasının prezidenti:
Azərbaycanın mədəni
irsinin qorunmasına beynəlxalq gücü də cəlb etmək lazımdır
“Qayıdış hüququ:
Ermənistandan zorla çıxarılmış azərbaycanlılar
üçün ədalətin
təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində
"Mədəni irsin
bərpası və qorunması" mövzusunda
panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, panel
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
icraçı direktoru
Rəvan Həsənovun
moderatorluğu ilə
keçib.
Paneldə çıxış
edən Maltanın
UNESCO üzrə Milli
Komissiyasının prezidenti
Raymond Bondin bildirib ki, irs
xalqı səciyyələndirən
xüsusiyyətlərin toplusudur
və buna görə də bəzi pisniyyətli qüvvələrin əlində
təxribat vasitəsi
kimi istifadə edilə bilər. O qeyd edib ki,
Qərbi azərbaycanlılar
bu kimi hallara
qarşı çox ehtiyatlı olmalıdırlar.
Məsələn, Şuşadakı
kilsəni ermənilər
özləri işğal
dövründə dağıtmışdı,
ancaq elə təqdim edirdilər ki, guya azərbaycanlılar
onu dağıdıb.
Daha sonra iddia etdilər ki, Azərbaycan onun görüntüsünü
dəyişib, halbuki
40 il əvvəlki görüntünü dəyişəcək
heç nə edilməyib.
“Beynəlxalq arenada
Azərbaycanla bağlı
qərəz, yanlış
fikir çoxdur. Reallıqları təqdim
edərək bunların
qarşısı alınmalıdır.
Qeyd edim ki, mən Qarabağda
olmuşam, orada həddən çox mina basdırılıb. Hesablamalara əsasən, həmin ərazilərə
işğal dövründə
Ermənistan tərəfindən
bir milyondan çox mina basdırılıb. Azərbaycan
isə həmin əraziləri hazırda həyata qaytarmağa çalışır. Həmçinin
tarixi və mədəni irsin qorunması işlərinə
beynəlxalq gücü
də cəlb etmək lazımdır”, -
deyə o diqqətə
çatdırıb.
Paneldə çıxış
edənlər - Belçikada
yerləşən Avropa
İnkişaf və Tədqiqat Akademiyasının
üzvü xanım Aişa Başa, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (ICESCO) İnsan və sosial elmlər sektorunun direktoru xanım Ramata Almamy Mbaye, Buxarest
Bələdiyyəsinin Böyükşəhər
Kitabxanasında Nadir kolleksiyalar şöbəsinin
kuratoru və UNESCO-nun eksperti xanım
Nikoleta Zaqura, İordaniyada Haşimi Universitetinin Kraliça Rania adına İrs fakültəsinin professoru Mohammed Vahib Hüseyn mədəni irsin qorunmasının əhəmiyyəti,
tarixi abidələrin
bərpası və gələcək nəsillərə
ötürülməsi ilə
bağlı mühüm
məsələləri müzakirə
ediblər. Ermənistan
ərazisində Azərbaycan
xalqına məxsus yüzlərlə tarixi abidənin məhv edilməsi, mənimsənilməsi
və ya təhrif edilməsi ilə bağlı faktlar geniş müzakirə olunub.
Çıxış edənlər vurğulayıblar
ki, mədəni irs təkcə bir xalqın tarixi və kimliyini əks etdirmir, həm də bəşəriyyətin
ortaq sərvəti kimi qorunmalıdır. Bu kontekstdə mədəni irsin təhrif edilməsi, dağıdılması və
ya qeyri-qanuni yolla mənimsənilməsi
ilə bağlı məsələlər diqqət
mərkəzində olub.
Xüsusilə münaqişə
bölgələrində və
işğal altında
olan ərazilərdə
mədəni irsin məhv edilməsi hallarına qarşı beynəlxalq hüquqi mexanizmlərin gücləndirilməsinin
vacibliyi qeyd edilib.
Konfrans çərçivəsində
Azərbaycan dövlətinin
işğaldan azad edilmiş ərazilərdə
apardığı yenidənqurma
və bərpa işləri də təqdim olunub. Qeyd edilib ki,
mədəni irsin bərpası prioritet məsələ olaraq qalır və bu istiqamətdə beynəlxalq əməkdaşlığın
gücləndirilməsi vacibdir.
Həmçinin mədəni
irsin bərpası prosesində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
İştirakçılar bildiriblər ki, bərpa işləri təkcə abidələrin
fiziki strukturunun yenidən qurulması deyil, eyni zamanda,
onların mənəvi
və tarixi dəyərinin bərpasını
da ehtiva edir. Bu prosesdə
yerli icmaların iştirakı və onların mədəni irsin qorunmasına töhfəsi xüsusi əhəmiyyət daşıyır.
Sonda iştirakçılar mədəni irsin və tarixi abidələrin qorunmasının qlobal əhəmiyyətini bir daha vurğulayıb, bu istiqamətdə səylərin artırılmasına çağırış ediblər.
Azərbaycan.-
2024.- 6 dekabr (№ 269).- S.6.