İndoneziyalı
parlamentari: Dünya ictimaiyyəti Qərbi azərbaycanlılarla bağlı
ədalətsizliyə göz
yummamalıdır
Qərbi Azərbaycan
İcmasının təşkilatçılığı
ilə Bakıda keçirilən “Qayıdış
hüququ: Ermənistandan
zorla çıxarılmış
azərbaycanlılar üçün
ədalətin təmin
edilməsi” mövzusunda
ikinci beynəlxalq konfransı çərçivəsində
İcmanın İdarə
Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İndoneziya
parlamentinin Regional Nümayəndələr
Şurasının üzvü
İr. X.Əbdül Həkim ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
İcma sədri indiki Ermənistan ərazisindən 300 minə
yaxın Qərbi azərbaycanlının çıxarılmasının
və onların hələ də geri qayıda bilməməsinin beynəlxalq
hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayıb.
O bildirib ki, geri qayıdış öz ata-baba yurdundan çıxarılan
azərbaycanlıların təməl
hüququdur.
Öz növbəsində İr. X.Əbdül Həkim dünya ictimaiyyətinin bu ədalətsizliyə göz yummamalı olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlarda və qurumlarda bu istiqamətdə müzakirələrin mümkün qədər çox aparılmasına dünya birliyi tərəfindən şəraitin yaradılmasının mühüm olduğunu vurğulayıb.
Azərbaycan.-2024.- 6 dekabr (№ 269).- S.7.