Deputat: Qərbi azərbaycanlılar öz evlərinə sülh yolu ilə, təhlükəsiz şəkildə qayıtmağa çox ümidlidirlər

 

Bakıda keçirilənQayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsimövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Rizvan NəbiyevEconomy First Limited London”un jurnalisti Klaus-Peter Ralf Yurgenslə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Rizvan Nəbiyev ötən əsr boyunca Qərbi azərbaycanlıları öz ata-baba yurdundan dörd dəfə deportasiya edən Ermənistanın cəzasız qalmasının Azərbaycana qarşı ərazi iddialarına 30 illik işğala yol açdığını bildirib.

O əlavə edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ədaləti bərpa etməsi ilə regionda sülh üçün şərait yaranıb. Bu gün soydaşlarımız öz evlərinə sülh yolu ilə, təhlükəsiz şəkildə ləyaqətlə qayıtmağa çox ümidlidirlər.

 

Azərbaycan.-2024.- 6 dekabr (№ 269).- S.7.